Pentaqon rəhbəri Yaponiyadan üzr istədi
Pentaqonun rəhbəri Ceyms Mettis Yaponiya müdafiə naziri İçunori Onoderoyla telefon danışığı zamanı üzr istəyib. Buna səbəb Amerika helikopterlərinin Yaponiya adalarında təcili eniş etmələri olub. Yaponiya müdafiə naziri isə öz növbəsində Mettisi gələcəkdə bu cür hadisələrin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.
9 Yanvar 2018 18:23 DünyaPentaqonun rəhbəri Ceyms Mettis Yaponiya müdafiə naziri İçunori Onoderoyla telefon danışığı zamanı üzr istəyib. Buna səbəb Amerika helikopterlərinin Yaponiya adalarında təcili eniş etmələri olub. Yaponiya müdafiə naziri isə öz növbəsində Mettisi gələcəkdə bu cür hadisələrin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.
Qeyd edək ki, yanvarın 6-da Amerika helikopteri yaranmış nasazlıqla bağlı Yaponiyanın İkei adasına təcili eniş etməli olmuşdu. İki gün sonra isə digər hərbi helikopter Yaponiyanın Okinava adasında yerləşən otelin həyətinə təcili eniş etmişdi. Axar.az