İranda gündə 60 min heyvanın baş-ayağı yeyilir

İranda gün ərzində 60 min iribuynuzlu və xırdabuynuzlu heyvanın baş-ayağı (xaş) yeyilir. Məlumata görə, bunu İran Aşpazlar Assosiasiyasının sədri Huseyn Rəvasi deyib. O qeyd edib ki, əgər münasib qiymətlər olarsa, gün ərzində hətta 600 min xaş yeyilə bilər. H.Rəvasi bildirib ki, son aylarda xaşın qiymətində xeyli artım müşahidə edilib: "Əgər yay aylarında bir dəst xaşın qiyməti 55 min tümən (26 AZN) idisə, hazırda qiymət 70 min tüməndir (32 AZN)".

H.Rəvasi qeyd edib ki, baxmayaraq ki, xaş İran əhalisinin sevimli yeməyidir, baş-ayağın ölkəyə idxalı qanunla qadağan edilib: "Ancaq bəzi hallarda baş-ayağın qaçaq yolla idxal olunduğu müşahidə edilir". Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31