Xameneyi: Xalqın dinc etiraz hüququ var
Xalq öz etirazını dinc şəkildə bildirmək hüququna malikdir, lakin bu aksiyaları zorakı fəaliyyətlə səhv salmaq olmaz. Məlumata görə, bunu İranın ali lideri ayətullah Əli Xameneyi deyib.
9 Yanvar 2018 16:41 DünyaXalq öz etirazını dinc şəkildə bildirmək hüququna malikdir, lakin bu aksiyaları zorakı fəaliyyətlə səhv salmaq olmaz. Məlumata görə, bunu İranın ali lideri ayətullah Əli Xameneyi deyib.
Ə.Xameneyi bildirib ki, İranda baş vermiş hadisələrin təhlili göstərir ki, xalqın qanuni tələbləri ilə dağıdıcılıq fəaliyyətini ayırmaq lazımdır: "Əgər kimisə hüquqlardan məhrum edirlərsə və istər 100 nəfər, istərsə 500 nəfər - bir qrup etirazçı toplanırsa, bu başqa məsələ. Amma əgər toplananlar İslamı, Quranı, bayrağı təhqir edirsə, yanğın törədirsə, bu qəbulolunmazdır". Trend.az