İran aksiyalarına xarici təsirlər

Ötən həftənin ən yadda qalan hadisəsi cənub qonşumuz olan İran İslam Respublikasında baş verən iğtişaşlar, etiraz aksiyası oldu. Qısa müddət ərzində bütün ölkəni bürüyən bu etiraz aksiyaları mövcud İran hakimiyyətini ciddi narahat etmədi desək yanılmış olarıq. Aksiyaçıların bir neçə iri şəhərlərdə polis və asayiş keşikçilərinə dirəniş göstərməsi, hətta onları geri çəkilməyə vadar etməsi o anda daha çox bir ehtimalı ortaya gətirdi. İranda baş verən etiraz aksiyaların arxasında xarici dairələr dayanıb. Xarici dairələr dedikdə isə cənub qonşumuzda ilk növbədə ağıla gələn təbii ki, Birləşmiş Ştatlar oldu. Və elə bir neçə İran rəsmisi də ölkədə baş verən iğtişaşlarda Birləşmiş Ştatları günahlandırdı. İddia edildi ki, Amerika bu yolla İranda hakimiyyəti dəyişməyə çalışır. Ancaq aksiyaların tədricən azalan xətt üzrə getməsi ortaya maraqlı detalları çıxardı və məlum oldu ki, cənub qonşumuzda aksiyaların təşkilində sabiq İran prezidenti Mahmud Əhmədinejad da aktiv olub. Hətta sabiq prezident bir müddət hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı da.

Yaxud sosial problemlərdən bezən xalq kütlələrinin rejimə etirazı

Ancaq paralel olaraq ortaya çıxan digər ehtimallar da kifayət qədər maraqlı və diqqətçəkici idi. Belə ki, İranda baş verən etiraz aksiyalarında ermənilərin də aktiv olduğu və aksiyaların əsas hərəkətverici qüvvəsinin məhz cənub qonşumuzda yaşayan ermənilər olduğu ortaya çıxdı. Düzdür, bir çoxları bunu qəribə qarşılasa da, əslində ermənilərin İranda baş verən aksiyalarda fəal iştirakında heyrət doğuracaq bir şey yoxdur. Çünki İrəvan İran tərəfindən ciddi dəstək görməsinə baxmayaraq yeri gələndə Tehrana arxadan zərbə endirməyə hər an hazırdır. Çünki bu bir erməni xislətidir. Elə bir neçə ay əvvəl Tehranda həyata keçirilən terror aktının araşdırılması zamanı da məlum oldu ki, terrorçular bir neçə dəfə məhz Ermənistanda olub və İrana da hazırda Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərindən keçiblər. Yəni hər şey ortadadır. Amma bütün bunlara rəğmən İslam Respublikası hələ də düşməni elə okeanın o tayında axtarır. Bəs görəsən, cənub qonşumuzda baş verən son etiraz aksiyaları, eləcə də həmin aksiyaların təşkilatçılarının Birləşmiş Ştatlar, Qərb olması barədə ortaya atılan iddiaları Azərbaycan islamçıları necə qarşılayır və bu barədə nə düşünürlər? İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı bildirib ki, baş verən hadisələri birmənalı qiymətləndirmək doğru olmaz: "Öncə qeyd etmək istəyirəm ki, İran regionda böyük və güclü dövlətdir. Güclülüyü isə dövlətçilik təcürbəsi ilə bərabər, dini və milli dəyərlərlə hesab-kitabı olması ilə sıx əlaqəli olmasındadır. İnqilabdan sonra dünya güc dövlətləri tərəfindən İran İslam Respublikasına məlum səbəblərdən məhddudiyyət qoyulduğundan və bu səbəbdən dünya bazarına məhsullarını çıxarmaqdan məhrum olduqlarına görə sosial problemlərini həll edə bilməyib . Əksinə, ölkəsi üçün alınacaq məhsulları da 3 qat artıq qiymətə almaqları İranın büdcəsinə uzun müddətdə güclü zərbə vuraraq infilyasiyaya uğratdığındadan yaşayış səviyyəsi aşağı düşüb və işsizlik hökm sürməyə başlayıb. Hətta beynəlxalq kredit kartlarından istifadə edə bilməyən İran vətandaşları daha bir məhrumiyyətlə üzləşməli olub ki, dünya bazarlarına çıxışı blok edilib. Bu qədər sıxıntılara uzunmüddət heç bir dövlət tab gətirə bilməzdi. Dövləti və onun milli mənəvi dəyərlərini qorumaq böyük səriştə tələb edir ki, bu müddətdə dünya bunun şahidi oldu. Üstəlik qonşu ölkələrdəki ictimai siyasi durum ürəkaçan deyil. Xüsusən İraq və Suriyada baş verən olaylar da İranı asılı duruma salıb desək yanılmarıq. Şübhəsiz  İranın siyasi hakimiyyətində də məmur özbaşınalığı, rüşvət alma halları və ictimai - siyasi ədalətsizliklər son vaxtlar aşkarən özünü biruzə verirdi. Görünür İran cəmiyyəti bütün sadaladıqlarım səbəbindən etiraz aksiyalarına başlayıblar. Özü də planlı şəkildə eyni vaxtda müxtəlif məntəqələrdə. Demək uzunmüddətli blokadanın öz "bəhrəsini" verdiyini görən, xüsusən ABŞ siyasi hakimiyyətinin növbəti hədəfi İraq və Suriyadan sonra İrandır". Ancaq Tahir Abbaslı etiraz aksiyalarının inqilaba gətirib çıxaracağına inanmır: "İnanmıram ki, inqilab olsun. Həmişə olduğu kimi bu dəfə də İranın siyasi hakimiyyəti konstitusyasını əsas tutaraq bu aksiyaları nəyin bahasına olursa -olsun yatızdıracaq.
Amma əgər inqilab baş verərsə, İran Azərbaycanla münasibətlərinə yenidən baxa bilər. Bu hansı qüvvələrin hansı maraqların çərçivəsində və hansı hədəfləri olacağından aslıdır. Ola bilsin ideoloji baxımdan fərqlilik özünü göstərsin. Amma dövlət və milli maraqlara uyğun ortaq addımlar atılacağına şübhəm yoxdur. Azərbaycan İranın dünya bazarına çıxışı üçün və siyasi- iqtisadi manevrlər üçün ciddi münasib qonşu dövlətdir. heç bir hakimiyyət qonşuluq prinsiplərinə zərərli mövqe sərgiləməz. Əgər ABŞ ağılsızlıq edib, İrana hücum edəcəksə, bu dövlətimizə və mənəvi dəyərlərimizə narahatçılıq yarada bilər. Amma mən İranda gedən hadisələrin Azərbaycana təsirindən narahat deyiləm". Partiya sədri bildirib ki, dini hövzələr bütün dövrlərdə olduğu kimi, indi də İran dövlətinin qlobal problemlərinə, basqı və sıxıntılarlına yardımçı olub ki, bu günədək özbaşınalıq və inqilablar baş verməyib.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31