Etiraz aksiyası zamanı saxlanılanların sayı məlum oldu
İranda etiraz aksiyası zamanı saxlanılanların sayı açıqlanıb. Olaylar.az bildirir ki, ölkədə on gündən çox davam edən aksiyada 3 min 700 nəfər saxlanılıb. Xəbəri Amerikan xəbər agentliyi Tehran Millət vəkili Mahmud Sadiqiyə istinadən yayıb.
9 Yanvar 2018 14:28 Dünyaİranda etiraz aksiyası zamanı saxlanılanların sayı açıqlanıb. Olaylar.az bildirir ki, ölkədə on gündən çox davam edən aksiyada 3 min 700 nəfər saxlanılıb. Xəbəri Amerikan xəbər agentliyi Tehran Millət vəkili Mahmud Sadiqiyə istinadən yayıb.
Dekabrın 28 - də İranın ikinci ən böyük şəhəri olan Meşheddə başlayan nümayişlər, qısa zaman ərzində digər şəhərlərdə davam etdi. İlk olaraq qida məhsullarının qiymətlərinə olan artımla başlayan etirazlar, daha sonrakı günlərdə prezident Həsən Ruhani və ölkənin ruhani lideri Ayətullah Xameneyinin hədəf aldı.
Qeyd edək ki, ölkədə ilk dəfə geniş etiraz aksiyası 2009-cu ildə mübahisəli prezident seçkisindən sonra olmuşdu.