Unikal kadrlar: balina alimi xilas etdi - VİDEO
Bu nəhəng balıqların şəfqətli, ağıllı olduqları bəllidir. Lakin onun davranışı məni heyrətləndirdi. Tanınmış amerikalı bioloq, 63 yaşlı Nan Huzerin dediyinə görə, nəhəng donqar balina onu ac köpəkbalığının hücumundan qoruyub, həyatını xilas edib.
9 Yanvar 2018 14:49 DünyaBu nəhəng balıqların şəfqətli, ağıllı olduqları bəllidir. Lakin onun davranışı məni heyrətləndirdi. Tanınmış amerikalı bioloq, 63 yaşlı Nan Huzerin dediyinə görə, nəhəng donqar balina onu ac köpəkbalığının hücumundan qoruyub, həyatını xilas edib.
Sakit Okeanın cənubunda, Kuk arxipelaqındakı Rarotonq adasında, Muri çimərliyinin yaxınlığında sualtı çəkiliş apararkən Nan Huzer ona doğrü sürətlə yaxınlaşan böyük, ağ köpəkbalığını görüb. Ağ köpəkbalıqları həddən ziyadə aqressivdirlər və "qatil balıq"lar kimi tanınırlar. Köpəkbalığını görən Nan Huzer qorxub, anlayıb ki, bu yırtıcıdan qurtulmaq şansı yoxdur. Lakin bu an onunla köpəkbalığının arasında nəhəng donqar balina "peyda" olub.
"Ağırlığı 23 tona yaxın olan balina okeanın dərinliklərindən qalxmışdı. Onun yaxınlaşdığını görmədim. Balina mənimlə köpəkbalığının arasında idi. Onun nəhəng üzgəcinə yaxınlaşdım. Balina mənə baxdı. Baxışları ilə, sanki, "Qorxma, səninləyəm" dedi. İnanın ki, rahatlaşdım. Balinanın üzgəcindən tutdum. Köpəkbalığı aralıda idi və hücuma cəsarət etmədi. Balinadan qorxmuşdu. Beləcə, donqar balina həyatımı xilas etdi", - Nan Huzer deyib. Məşhur bioloqun dediyinə görə, balinaların sudakı başqa canlıları qorumaq hissinin intiuitiv olması ilə bağlı iddialar mövcuddur. Lakin onun çəkdiyi kadrlar bu iddianın əməli sübutudur.
"Həyatımın 28 ilini balinaların öyrənilməsinə həsr etmişəm və həmişə onları qorumağa çağırmışam. Bu dəfəsə balina məni qorudu", - N.Huzer söyləyib. Milli.az The Mirror-a istinadən xəbər verir.