Ermənilərin yeni Cavaxetiya planları

Zaman-zaman Gürcüstanla Azərbaycan arasında ziddiyyətlər yaratmağa, iki qonşu, dost ölkənin inkişaf etməkdə olan münasibətlərinə zərbə vurmağa çalışan Ermənistan dövləti və erməni lobbisi növbəti təxribatçı planlarına əl atıb. Söhbət Ermənistanın nəqliyyat bılokadasından çıxmağa hesablanmış və işğalçı ölkədən gələn yüklərin Güney Osetiya və Abxaziya üzərindən Rusiya Federasiyasına, eləcə də əks istiqamətdə daşınmasından gedir.

Göksəl Gülbəy: "Bakı-Tblisi-Qars dəmir yolu xətti təhlükə altındadır"

Zaman-zaman Gürcüstanla Azərbaycan arasında ziddiyyətlər yaratmağa, iki qonşu, dost ölkənin inkişaf etməkdə olan münasibətlərinə zərbə vurmağa çalışan Ermənistan dövləti və erməni lobbisi növbəti təxribatçı planlarına əl atıb. Söhbət Ermənistanın nəqliyyat bılokadasından çıxmağa hesablanmış və işğalçı ölkədən gələn yüklərin Güney Osetiya və Abxaziya üzərindən Rusiya Federasiyasına, eləcə də əks istiqamətdə daşınmasından gedir. Məlumdur ki, sözügedən dəmir yolu xətti Rusiyanın qeyd edilən bölgədə separatçılara dəstək nümayiş etdirib Gürcüstanın ərazi bütövlüyünü pozmasından sonra bağlanıb. Ötən müddətdə nə separatçıların geri çəkilməməsi, nə də Rusiyanın Gürcüstanın ərazi bütövlüyünün bərpası məqsədilə Tbilisiyə dəstək verməməsi əslində Gürcüstan hökumətinin bu layihəyə qol qoymamasını zəruri edirdi. Ancaq göründüyü kimi Tbilisi də bir növ ərazi bütövlüyünün pozulması ilə barışaraq separatçıları bir tərəf kimi qəbul etdiyi üçün Ermənistanın blokadadan çıxmasına hesablanmış layihəyə xeyir-dua verib. Təbii ki, Gürcüstanın bu addımı Azərbaycanda dərin təəssüf hissi və ciddi etiraz yaradıb.

Azərbaycanda Gürcüstanın ölkəmizə arxa çevirmək və xəyanət etmək kimi gedişləri haqlı narazılıq yaratdığı bir ərəfədə bəzi maraqlı detallar üzə çıxıb. Belə ki, Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy deyib ki, əslində Gürcüstanda Azərbaycan əleyhinə yönəlmiş bu fəaliyyət sırf erməni lobbisi ilə bağlıdır. O, bildirib ki, artıq ermənilər Gürcüstanın hakimiyyət orqanlarına kifauət qədər sirayət edə biliblər və asanlıqla Tbilisinin daxili və xarici siyasətinə də təsir göstərmək iqtidarındadırlar. ASİMDER rəhbəri bildirib ki, Azərbaycan üçün təhlükəli olan bu kimi planlar isə İrəvanda hazırlanaraq Cavaxetiyaya ötürülür və oradan həmin planlarına icrasına başlanılır. Onun sözlərinə görə,Ermənistan

Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilər vasitəsilə Tbilisi hakimiyyətinə təsir edir: "Eyni zamanda Cavaxetiya ermənilərini silahlandırmaqla zamanı yetişəndə Gürüistandan torpaq qoparmağa çalışır. Ermənilər Azərbaycanın Dağlıq Qarabağ ərazilərini göz dikib həmin torpaqları işğal etdiyi kimi, eyni zamanda Gürcüstanın Cavaxetiya bölgəsinə də göz dikiblər. Əslində bu da ermənilər "Böyük Ermənistan" planının bir hissəsidir. 1944-cü ildə Gürcistanda yaşayan Ahıska Türklərini zorla oradan qovan ruslar əslində "Boyük Ermənistan" planının Gürcüstanda icrasına yaşıl işıq yandırırdılar. Çünki Ahıska türklərindən boşalan Cavaxetiyaya ermənilər yerləşdirildi. Gürcüstanın Abxazya və Cənubi Osetya bölgəsini Rusiyaya güzəştə gedən Gürcüstan indi də Cavaxetiyanı Ermənistana "hədiyyə" etməməlidir. Bu gün Gürcüstan əhalisinin 8 faizini təşkil edən ermənilər ' Ermənistan dövlətinin dəstəyi ilə Gürcüstan parlamentində kifayət qədər yer əldə edib. Artıq ermənilər Gürcüstan üçün bir təhdiddir". ASİMDER rəhbəri deyib ki, ermənilərin Gürcüstanda geniş imkanlar əldə etməsinə bu ölkədə yaşayan yezidi kürdlər də dəstək verib: "Ermənilərin Gürcüstanda qurduğu başlıca erməni qrupları bunlardır. Erməni qəzetləri, erməni kilsələri, Kilisələr Şurası, Gürcüstan Erməniləri Birliyi, Acaristan Ermənilər Birliyi, Gürcüstan Erməni Qruplaşmaları Birliyi, Gürcüstan Erməni Kilisələri Birliyi, Tiflis Erməni İcması, Gürcüstan Erməni Qadınları Şurası, Paros Erməni Qadınları Təşkilatı, Gürcüstan Erməni Gəncləri Təşkilatı, Gürcüstan Erməniləri Xristiyan Demokrat Hərəkatı, Şarl Aznavur Təşkilatı, Sayat Nova Erməni Mədəniyyət Mərkəzi, Cavakh Erməni Milli Sosial Siyasi Hərəkatı, Vırk Ermeni Milli Partiyası, Ovanes Tumanyan Fonu, Gürcüstan Erməni Rəssamlar Birliyi, Vumatun Gürcüstan-Erməni Yazarlar Birliyi, Gürcüstan Erməni Qabiliyyətləri Təşkilatı, Gürcüstan Erməni Dövlət Dram Tiatrı, Cavah Hərəkatı, Yerkir Ahaltsahi Erməni Gənclər Mərkəzi və Charles Aznavur Xeyriyyə Qurumu". Göksəl Gülbəy onu da qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti bütün bunlardan dolayı təhlükə altındadır: "Türkiyə, Azərbaycan və Gürcüstanın birlik və bərabərliyi, əməkdaşlığının daha bir örnəyi olan Bak-Tbilisi-Qars dəmir yolu xəttinə qarşı Cavaxetiyada yaşayan ertmənilər tərəfindən təxribat xarakterli hərəkətlər edilə bilər. Ona görə də hesab edirəm ki, Gürcüstan hökuməti buna qarşı ciddi tədbirlər görməli və baş verə biləcək hər hansı bir təhlükənin qarşısınıə zamanında almalıdır".

Göksel Gülbey onu da bildirib ki, hətta Gürcüstanda erməni terror təşkilatı olan ASALA-da yeni bir formatda qurulub. Onun sözlərinə görə, milliyətçi erməni terror təşkilatı olan ASALA' Gürcüstanın Cavaxetiya bölgəsində 'Virk-Yerkir' adıyla yenidən fəaliyyətə başlayıb. O, bildirib ki, erməni terror təşkilatı "Virk-Yerkir"in keçmiş rəhbəri Vaagn Çakalyan 2008-ci ildə silahlı qurplaşma yaratmaq və silah alveri ittihamları ilə həbs edilib: "Rusiya bölgədəki siyasətinin həyata keçirmək üçün Ermənistan və diğər ölkələrdə yaşayan ermənilərdən istifadə etməkdədir. Onun üçün Cavaxetiya problemi o qədər də asan həll edilən məsələ deyil". ASİMDER rəhbəri deyib ki. Cavaxetiya problemi Dağlıq Qarabağın işgalə ilə birlikdə başlayıb: "Bir müddət bölgənin nəzarəti erməni qruplaşmalarının əlinə keçmişdi. Hazırda Gürcüstan Ermənistanın dünyaya açılan yeganə qapısı hesab edildiyindən ermənilər Cavaxetiya məsələsində planlarını bir qədər ertələyiblər". Göksəl Gülbəy onu da diqqətə çatdırıb ki, zamanında ruslar, Axalkalakidəki Rusiyaya məxsus bazanı tərk edərkən bir xeyli miqdarda silah-sursatı Cavaxetiya ermənilərinə, daha dəqiq desək" Virk-Yerkir" erməni terror təşkilatına hədiyyə ediblər: "Gürcüstanda yaşayan və həmin bölgədəki azərbaycanlılara məxsus kəndlər hazırda təhlükə altındadır. Gürcüstan vətandaşı olan azərbaycanlılar 2002-ci ilin statistik göstəricilərinə görə 284.761 nəfər idi. Bu rəqəm Gürcüstan əhalisinin 6,5 faizi deməkdir. Bu gün isə azərbaycanlılar orada 600 minə yaxındırlar. Hesab edirəm ki, Cavaxetiya bölgəsinə yaxın olan kənd və qəsəbələr təhlükə altındadır. Ermənilərin Dağlıq Qarabağda, Xocalıda, eləcə də 1915-1920 -ci illərdə törətdikləri qırğınları nəzərə alsaq, o zaman təhlükənin kifayət qədər ciddi olduğunu deyə bilərik". ASİMDER rəhbəri qeyd edib ki, rusların verdikləri silah və maddi dəstəklə Cavaxetiya erməniləri Gürcüstanda, Borçalıda ikinci Xocalı qətliamı həyata keçirəcəklər: "Yeni qurulan və ASALA zehniyyətini daşıyan ermeni terror təşkilatı "Virk-Yerkir" Borcalı qətliamı həyata keçirmədən Gürcüstanın dövlət rəsmiləri, eləcə də Türkiyə və Azərbaycan xarici işlər nazirıəri təcili bir araya gəlib mövcud vəziyyəti müzakirə etməlidirlər.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31