Kosmonavtın boyu kosmosda 9 sm uzanıb

Yaponiyalı kosmonavt Norişige Kanai Beynəlxalq Kosmik Stansiyada keçirdiyi üç həftə ərzində 9 sm uzandığını bildirib. Bu haqda kosmonavt öz şəxsi “Twitter” hesabında məlumat verib: “Fiziki parametrlərin ölçülməsi ilə bağlı tibbi müayinədən keçdim və məlum oldu ki, mənim boyum anidən 9 sm artıb”. 

Yaponiyalı kosmonavt Norişige Kanai Beynəlxalq Kosmik Stansiyada keçirdiyi üç həftə ərzində 9 sm uzandığını bildirib. Bu haqda kosmonavt öz şəxsi "Twitter" hesabında məlumat verib: "Fiziki parametrlərin ölçülməsi ilə bağlı tibbi müayinədən keçdim və məlum oldu ki, mənim boyum anidən 9 sm artıb". Kosmonavt əlavə edib ki, orta məktəbdən sonra boyunun uzanması dayanıb.

Qeyd edək ki, çox vaxt kosmonavtlar kosmosdakı çəkisizlik səbəbindən 1-2 sm uzanırlar. Azadinform xarici mətbuata istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31