Qadınlara qarşı daha bir qadağa aradan qalxdı

Səudiyyə Ərəbistanında qadınlara qarşı olan daha bir qadağa aradan qalxdı. Olaylar.az bildirir ki, artıq qadınlar stadionda futbol oyunlarını izləyə biləcək. Bu haqda xəbəri ölkənin İnformasiya nazirliyi yayıb. Xəbərdə qeyd edilir ki, qadınlar cümə günü Riyad şəhərində Əl –Əhli və Əl – Batih komandalarının oyunlarını izləyə biləcəklər. Bundan əlavə, qadınlar Ciddə və Demmam şəhərlərində də oynanılacaq oyunları izləmə imkanlarına malikdirlər.

Səudiyyə Ərəbistanında qadınlara qarşı olan daha bir qadağa aradan qalxdı. Olaylar.az bildirir ki, artıq qadınlar stadionda futbol oyunlarını izləyə biləcək. Bu haqda xəbəri ölkənin İnformasiya nazirliyi yayıb. Xəbərdə qeyd edilir ki, qadınlar cümə günü Riyad şəhərində Əl -Əhli və Əl - Batih komandalarının oyunlarını izləyə biləcəklər. Bundan əlavə, qadınlar Ciddə və Demmam şəhərlərində də oynanılacaq oyunları izləmə imkanlarına malikdirlər.

Qeyd edək ki, daha öncə ölkədə qadınların kinoteatra getmə və avtomobil idarə etmək hüquqları bərpa olunmuşdu. Ölkədə qadınlar atalarını, həyat yoldaşlarının və qardaşlarının icazəsi olmadan xarici səyahətlər edə bilməz, oxuya bilməzlər.

Qadınlara qarşı qadağaları aradan qaldırmaq şahzadə Məhəmməd ibn Səlmanın islahat planlarının bir hissəsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31