Türk əsilli rejissorun filmi “Əcnəbi dildə ən yaxşı film" mükafatına layiq görüldü

Türk əsilli rejissor Fatih Akının filmi “Qızıl qlobus” mükafatına layiq görülüb. Rejissorun “İn The Fade” (“Paramparça”) filmi “Əcnəbi dildə ən yaxşı film" nominasiyasında qalib olub.

Türk əsilli rejissor Fatih Akının filmi "Qızıl qlobus" mükafatına layiq görülüb. Rejissorun "İn The Fade" ("Paramparça") filmi "Əcnəbi dildə ən yaxşı film" nominasiyasında qalib olub.

Almaniya və Fransanın birgə istehsalı olan filmin baş rolu Diane Kruger ifa edib. Aktrisa filmdəki ifasına görə ötən ilin may ayında Kann festivalında "Ən yaxşı aktrisa" mükafatını qazanıb.

Qeyd edək ki, ABŞ-ın Los-Anceles şəhərində 75-ci "Qızıl qlobus" mükafatının təqdimetmə mərasimi keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31