Gürcüstanda prezident seçkisi 15 milyon dollara başa gələcək
Gürcüstan Mərkəzi Seçki Komissiyası bu il keçiriləcək prezident seçkisinə 39 136 784 lari (15 mln. dollardan çox) vəsait xərcləyəcək.
8 Yanvar 2018 18:14 DünyaGürcüstan Mərkəzi Seçki Komissiyası bu il keçiriləcək prezident seçkisinə 39 136 784 lari (15 mln. dollardan çox) vəsait xərcləyəcək. Məlumata görə, bu məbləğin 28 272 634 larisi seçkinin keçirilməsi, 1 002 300 larisi seçkilərə hazırlıq, 2 242 850 larisi seçki subyektlərinin televiziya vasitəsilə reklamına, 7 619 000 larisi isə seçki subyektləri nümayəndələrinin maliyyələşdirilməsinə yönəldiləcək. Gürcüstanda prezident seçkisi oktyabr ayında keçiriləcək. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31