Dünya

17 nəfər qar uçqunun qurbanı olub

8 Yanvar 2018 12:55

Hindistanın şimalındakı Kupvara-Tandxar yolunda baş verən uçqun nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb. Məlumata görə, bu barədə Cammu və Kəşmir ştatının polis idarəsindən məlumat verilib.

Kadovar adasında vulkan püskürüb

8 Yanvar 2018 12:52

Papua-Yeni Qvineyanın hakimiyyət orqanları vulkan püskürməsi səbəbindən Kadovar adasının sakinlərini təxliyə ediblər. Eyniadlı vulkanın püskürməsi nəticəsində adada yaşayan 600 nəfər köçürülüb.

104 yaşlı qadın uzunömürlülüyün sirrini açdı: Hər gün bir şüşə...

8 Yanvar 2018 12:39

104 yaşını qeyd edən amerikalı qadın uzunömürlülüyünün sirrini açıqlayıb. Miçiqan ştatının sakini Tereza Rouli bu yaşa qədər yaşamasında hər gün içdiyi pəhriz kolasının da təsiri olduğunu düşünür.

Türkiyədə əməliyyat – Əhalinin küçəyə çıxması qadağan edildi

8 Yanvar 2018 12:36

Türkiyədə terror təşkilatlarına qarşı genişmiqyaslı əməliyyatlara başlanılıb. Bununla bağlı Şırnak və Bitlis bölgələrində əhalinin küçəyə çıxması qadağan edilib.

Qarın bölgəsindəki piylənmə kişiləri "qadınlaşdırır" - Şok araşdırma

8 Yanvar 2018 12:28

Qarın bölgəsindəki piylənmə ilə bağlı araşdırmaların nəticəsi kişilər üçün heç də xoşagələn deyil. Araşdırmalara görə qarın bölgəsindəki piylənmə kişiləri "qadınlaşdırır".

İrəvanda kriminal avtoritetin oğlu polisi öldürdü - FOTOLAR

8 Yanvar 2018 12:26

İrəvanda ötən gün axşam saatlarında ağır yol qəzası baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb. Hadisə Abovyan küçəsi ilə Sayat-Nova prospektinin kəsişməsində baş verib.

Qazaxıstanda ticarət mərkəzi yanır

8 Yanvar 2018 12:20

Qazaxıstanın Taldıkorqan şəhərində ticarət mərkəzində yanğın başlayıb. Məlumata görə, yanğının qarşısının alınması üçün bir neçə yanğınsöndürmə briqadası cəlb edilib. 

Türkiyə sərhədlərində yeni dövlət yaradılır - ABŞ-dan TƏHLÜKƏLİ ADDIM

8 Yanvar 2018 12:12

Suriyanın şimalında PYD-yə (PKK terror təşkilatının Suriya qanadı - red.) 4 min TIR silah-sursat göndərən ABŞ terrorçularla bağlı yeni bir addım atmağa hazırlaşır.  İŞİD bəhanəsiylə Türkiyə sərhədində terror xətti qurmağa çalışan Vaşinqton PYD-nin nəzarətindəki 28 min kvadrat kilometrlik ərazini diplomatik olaraq tanımaq niyyətindədir.

Rusiyada tonqal qalamaq qadağan edildi - NİYƏ?

8 Yanvar 2018 12:08

Rusiya hökuməti yaşayış məntəqələrində yanğın əleyhinə tədbirlərin gücləndirilməsi ilə bağlı qərar qəbul edib. Məlumata görə, yeni qərara əsasən, yol kənarlarında quru ot va yarpaqların yandırılması və tonqal qalanması qadağan edilib.

“Qızıl qlobus”un sahibləri bəlli oldu

8 Yanvar 2018 12:01

ABŞ-ın Los-Anceles şəhərində Xarici Jurnalistlər Assosiasiyasının kino və televiziya sahəsində xidmətlərə görə təqdim etdiyi və əhəmiyyətinə görə yalnız “Oskar”dan geri qalan “Qızıl qlobus” mükafatının 75-ci təqdimetmə mərasimi keçirilib.

Qarabağda hücuma keçən Ermənistan ordusu itki verdi

8 Yanvar 2018 12:01

Cəbhə xəttində təxribata cəhd edən erməni hərbi birləşmələri növbəti dəfə itki verib.

Külli miqdarda arıqlama dərmanları aşkar edildi

8 Yanvar 2018 12:00

İstanbul Gömrük Mühafizə idarəsinin əməkdaşları Atatürk hava limanında qeyri –qanuni yolla Türkiyəyə gətirilən 25 min 200 ədəd arıqlama dərmanı aşkar ediblər. Olaylar.az bildirir ki,  dərmanlar Frankfurt və Tehrandan gələn sərnişinlərə məxsus bağlamalarda ələ keçirilib.

MKİ-nin direktoru: “Rusiya onilliklərdir bunu edir”

8 Yanvar 2018 11:57

ABŞ-dakı seçkilərə Rusiyanın müdaxiləsi ilə bağlı ABŞ-dan növbəti ittiham səsləndirilib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo Rusiya və bəzi başqa dövlətlərin 2018-ci ildə ABŞ Konqresinə keçiriləcək seçkiləri qarışmağa çalışacağını bildirb. “Mən əvvəlki kimi yalnız Rusiyanın deyil, həm də başqa dövlətlərin cəhdlərindən narahatam. Bizim Qərb demokratiyasına zərbə vurmaq istəyən çox rəqibimiz var”, - Mayk Pompeo CBS telekanalına müsahibəsində bildirib.

Küçədə çantasını oğurlayan tutuldu: kimliyini biləndə DƏHŞƏT YAŞADI - VİDEO

8 Yanvar 2018 11:47

Sakaryanın Serdivan qəsəbəsində tükürpədici dələduzluq faktı qeydə alınıb. Maska taxıb işi məhkəmədə olan keçmiş sevgilisinin çantasını alaraq qaçdığı iddia edilən M.A.V. saxlanılıb. M.A.V. təhqir səbəbi ilə sevgilisi tərəfindən məhkəyə verilib.  Olay ötən gün səhər saatlarında qeydə alınıb. İddiaya görə, o, keçmiş sevgilisini izləməyə başlayıb. Maska taxan M.A.V. qadını küçədə itələyərək əlindəki çantasını alıb, qaçıb.

Ter-Petrosyanın "Qarabağı qaytaraq" tələbi GÜNDƏMDƏ: Danışıqlar masasında hansı variant var?

8 Yanvar 2018 11:39

“Ermənistan milli konqresi” partiyası Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı partiyanın lideri Levon Ter-Petrosyanın əvvəlki mövqeyini dəstəkləyir. Bu barədə partiyanın mətbuat katibi Arman Musinyan deyib. Onun sözlərinə görə, “Erməni milli konqresi” Ter-Petrosyanın 2016-cı ilin 17 dekabrında keçirilən partiya qurultayında münaqişənin həlli ilə bağlı irəli sürdüyü təklifi ən unikal variant hesab edir.