104 yaşlı qadın uzunömürlülüyün sirrini açdı: Hər gün bir şüşə...

104 yaşını qeyd edən amerikalı qadın uzunömürlülüyünün sirrini açıqlayıb. Miçiqan ştatının sakini Tereza Rouli bu yaşa qədər yaşamasında hər gün içdiyi pəhriz kolasının da təsiri olduğunu düşünür.

104 yaşını qeyd edən amerikalı qadın uzunömürlülüyünün sirrini açıqlayıb. Miçiqan ştatının sakini Tereza Rouli bu yaşa qədər yaşamasında hər gün içdiyi pəhriz kolasının da təsiri olduğunu düşünür. Lakin alimlər qadının bu fikriylə razılaşmırlar. Onlar hesab edirlər ki, qadının çox yaşamasında kolanın heç bir təsiri yoxdur. Əksinə, az kalorili olmasına baxmayaraq, bu içki şəkər xəstəliyinə, piylənməyə, həmçinin insulta səbəb ola bilər.

Qeyd edək ki, bu kola növü ABŞ-da 1982-ci ildən istehsal olunmağa başlayıb. Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31