Dünya

Terrorçu Xəttabın nağıl kimi sonu - Zəhərli məktub

8 Yanvar 2018 11:37

Beynəlxalq axtarışda olan terrorçu Əmir ibn əl-Xəttab uzun sürən axtarışlardan sonra əlaqədə olduğu yoldaşlarından birinin təhlükəsizlik orqanlarına sızdırdığı informasiya nəticəsində öldürülüb.

Macarıstan baş naziri miqrantları "müsəlman işğalçıları" adlandırıb

8 Yanvar 2018 11:29

Macarıstan baş naziri Viktor Orban Avropaya gələn miqrantları "müsəlman işğalçıları" adlandırıb və bəyan edib ki, ölkəsi qaçqınları qəbul etmək niyyətində deyil. V.Orban bu barədə “Welt” nəşrinə deyib.

Rusiya daha bir ölkədə seçkiyə müdaxilə edir - ABŞ

8 Yanvar 2018 11:28

Rusiya Meksikadakı növbəti prezident seçkisinə müdaxilə edə bilər. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmaster söyləyib. Onun sözlərinə görə, Amerika hökuməti Rusiyanın kiberalətlər vasitəsilə dezinformasiya və təbliğatlardan yararlanmasından narahatdır:

ABŞ diplomatlarını PKK ilə görüşə göndərdi

8 Yanvar 2018 11:26

ABŞ PYD-nin nəzarətindəki bölgələrə öz nümayəndə heyətini göndərib. Bu barədə informasiyanı Britaniyanın “Şark əl Avsat” qəzeti yayıb. Qəzet Suriyaya göndərilən nümayəndə heyətinin ABŞ Müdafiə naziri Ceyms Mettis tərəfindən qurulduğunu bildirib. Nümayəndə heyəti burada İraqın Qəndil dağında PKK rəhbərliyi tərəfindən müəyyən edilən şəxslərlə görüşüb.

Yerevanda sürücülər etiraz edir: "Mübarizəni davam etdirəcəyik" 

8 Yanvar 2018 11:18

Yerevanda sürücülər Ermənistana sükanı sağda olan avtomobillərin idxalına qadağanı nəzərdə tutan qanun layihəsinə etiraz edirlər. Məlumata görə, ötən gün sürücülər etiraz məqsədilə avtoyürüş təşkil ediblər. Aksiyada təqribən 200 sürücü sükanı sağda olan avtomobili ilə iştirak edib. Erebuni rayonunda avtomobil bazarından başlayan yürüş paytaxtın mərkəzində, Baqramyan prospektində sona çatıb.

Rus bazasına hücumu Əsəd rejimi təşkil edib - Şok iddia

8 Yanvar 2018 11:07

Rusiyanın Suriyadakı Hmeymim aviabazasına Əsəd rejiminə bağlı olan qrup hücum edib. Bu iddia ilə türkiyəli yazar Taha Dağlı çıxış edib. “Əgər bazaya hücumu Əl Qaidə etmiş olsaydı, Rusiya bunu ilk gündən ictimaiyyətə açıqlayardı. Bundan əvvəl Hələbdəki rus xəstəxanasına hücum zamanı eyni vəziyyət yaşanmışdı.

Trampın qorxduğu kitab artıq SATIŞDA

8 Yanvar 2018 11:03

ABŞ prezidenti Donald Trampdan bəhs edən qalmaqallı "Atəş və Qəzəb: Tramp Ağ Evinin içindən" adlı kitab artıq satışdadır. Yazıçı, jurnalist Maykl Volfun Trampın bir illik prezidentlik fəaliyyətindən bəhs edən "Atəş və Qəzəb: Tramp Ağ Evinin içindən" adlı kitabı bütün cəhdlərə baxmayaraq, nəşr edilib. Mətbəə bütün riskləri gözə alaraq həmin kitabı yüksək tirajla çap etdirib və Nyu-Yorkun bütün kitab mağazalarına paylayıb.

Hər gün onlarla istifadəçi "Feysbuk" hesabını bağlayır - BU SƏBƏBDƏN

8 Yanvar 2018 09:48

Dünyanın ən çox istifadə edilən "Feysbuk" şəbəkəsi reytinqini itirir. 2 milyarddan çox aktiv istifadəçisi olan şəbəkədə istifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyi qorunmur. Belə ki, ismarıc bölməsində istənilən şəxsə müxtəlif zamanlarda göndərilən faylları (şəkillər, videolar, doc.fayllar ) sonradan silmək mümkün deyil.

80 yaşlı qocadan DƏHŞƏTLİ CİNAYƏT: 78 yaşlı arvadını ...

8 Yanvar 2018 09:28

Türkiyənin İstanbul şəhərində dəhşətli cinayət hadisəsi baş verib.  İstanbulun Bozyürük adlanan bölgəsində yaşayan 80 yaşlı F.Mehmet 2 yaş özündən kiçik həyat yoldaşı F.Zeynəblə mübahisə edib. Cütlük mübahisə zamanı əsəblərinə hakim ola bilməyib.

Artıq insulinin iynəsini əvəz edəcək

8 Yanvar 2018 09:04

ABŞ-ın Merilend ştatının Milli Biotibbi Vizualizasiya və Biomühəndislik İnstitutundan olan tədqiqatçılar qanda həll olunan və bir neçə gün qlükozanı lazımi səviyyədə saxlayan yeni növ kristal birləşmələr yaradıblar.

Silahlı toqquşma: 12 ölü

8 Yanvar 2018 08:59

Meksikanın Qerrero ştatında yerli sakinlərlə özünümüdafiə qüvvələri arasında baş verən silahlı toqquşma nəticəsində ən azı 12 nəfər öldürülüb, 1-i yaralanıb. Qarşıdurma Akapulko şəhəri yaxınlığındakı Konsepsyon qəsəbəsi ərazisində baş verib.

Uşaq ölən nənəsinə məktub yazdı, 1 həftədən sonra... - AİLƏ ŞOKDA - FOTO

8 Yanvar 2018 08:58

Almaniyanın Aşağı Saksoniya əyalətində maraqlı hadisə baş verib. 7 yaşlı Luis dünyasını dəyişmiş nənəsinin dəfn mərasimində ona məktub yazaraq, hava şarı ilə uçurub.