Terrorçu Xəttabın nağıl kimi sonu - Zəhərli məktub
Beynəlxalq axtarışda olan terrorçu Əmir ibn əl-Xəttab uzun sürən axtarışlardan sonra əlaqədə olduğu yoldaşlarından birinin təhlükəsizlik orqanlarına sızdırdığı informasiya nəticəsində öldürülüb.
8 Yanvar 2018 11:37 DünyaBeynəlxalq axtarışda olan terrorçu Əmir ibn əl-Xəttab uzun sürən axtarışlardan sonra əlaqədə olduğu yoldaşlarından birinin təhlükəsizlik orqanlarına sızdırdığı informasiya nəticəsində öldürülüb.
Terrorçu kənar şəxslərlə məktub vasitəsilə əlaqə qururdu. Məktubları isə kuryerlər aparıb-gətirirdi. Tez-tez yerini və onunla əlaqəli şəxslərin yerini dəyişməsi axtarışları olduqca çətinləşdirirdi. Xüsusi xidmət orqanları qərara gəldilər ki, axtarışlara kömək edən şəxslərə mükafat ayırsınlar. Xəttabın dəqiq yerini bildirəcək adama külli miqdarda pul mükafatı ayrıldı.
Onunla əlaqəli olan kuryerlerden biri elanı görüb və əməkdaşlıq etməyə razılıq verib. Bundan sonra kuryer, xüsusi xidmət orqanlarına, Xəttabın Səudiyyə Ərəbistanından məktub gözlədiyini xəbər verir. Moskvadan xüsusi olaraq bu iş üçün çağrılmış kimyaçı-mütəxəssis gözlənilən məktubun üzərinə güclü zəhərli maddə vurur və kuryerlə göndərir.

Həmin kuryer Xattabın ölüm xəbəri gələnə qədər xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılır. Kuryer bildirir ki, Xattabın özü yox, mühafizəçisi məktubu açıb oxuduqdan sonra, ocağın üstünə ataraq yandırıb. Zəhər 3 gündən sonra təsirini göstərməyə başlayıb. Məktub yandırıldığı üçün, zəhərli hava içəridə olan 5 nəfərin zəhərlənib ölməsinə səbəb olub. Terrorçu Xattab və digər 4 nəfər mühafizəçisi 2002-ci il mart ayının 20-də zəhərli məktub vasitəsilə öldürülüb. Terrorçunun əsl ölüm xəbəri illər sonra açıq şəkildə bəyan edilib. Daha əvvəllə isə onun, qida zəhərlənməsindən öldüyü bildirilirdi. Publika.az