Silahlı toqquşma: 12 ölü
Meksikanın Qerrero ştatında yerli sakinlərlə özünümüdafiə qüvvələri arasında baş verən silahlı toqquşma nəticəsində ən azı 12 nəfər öldürülüb, 1-i yaralanıb. Qarşıdurma Akapulko şəhəri yaxınlığındakı Konsepsyon qəsəbəsi ərazisində baş verib.
8 Yanvar 2018 08:59 DünyaMeksikanın Qerrero ştatında yerli sakinlərlə özünümüdafiə qüvvələri arasında baş verən silahlı toqquşma nəticəsində ən azı 12 nəfər öldürülüb, 1-i yaralanıb. Qarşıdurma Akapulko şəhəri yaxınlığındakı Konsepsyon qəsəbəsi ərazisində baş verib.
Özünümüdafiə dəstəsi qəsəbəyə daxil olaraq dörd yerli sakini öldürüb. Kəndlilər də buna cavab olaraq odlu silahdan istifadə ediblər və dəstənin 8 döyüşçüsünü güllələyiblər. Hazırda hadisə yerinə polis qüvvələri, dəniz piyadaları və ordu göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31