Rusiyanın Donbasdan çıxacağı vaxt AÇIQLANDI

“Rusiya prezidenti Vladimir Putinə Qərbin təzyiqinin gücləndirilməsi və bu ölkədə keçiriləcək seçkilərdən sonra, Rusiyanın Donbasdan çıxarılması üçün əlverişli an yarana bilər”.

"Rusiya prezidenti Vladimir Putinə Qərbin təzyiqinin gücləndirilməsi və bu ölkədə keçiriləcək seçkilərdən sonra, Rusiyanın Donbasdan çıxarılması üçün əlverişli an yarana bilər".

Bunu "The Atlantic Council" nəşri üçün yazdığı məqaləsində NATO-nun baş katibinin keçmiş birinci müavini Aleksandr Verşbou bildirib.

"Qonşu ölkənin ərazilərinin işğalına görə artan maliyyə və siyasi təzyiq prezident seçkilərindən sonra Putin tərəfindən qiymətləndirilə bilər. Qərbin təzyiqinin artması, Ukraynaya ölümcül silahların çatdırılması, həmçinin yeni sanksiyaların tətbiqi üzrə təhlükələr Putini inandıra bilər ki, vaxt Rusiya üçün işləmir və Donbasdan geri çəkilməlidir. Bu anda isə BMT-nin güclü sülh missiyası lazım olacaq", - o yazıb. Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31