İranda etirazlar: real səbəblər- yoxsa siyasi manevrlər
2017-ci ilin sonunda İranda dövlət əleyhinə başlayan etiraz nümayişləri artıq səngiməkdədir. Müxtəlif məlumatlara görə çıxışlarda irili xırdalı 50-ə yaxın şəhər iştirak etdi, 25- ə qədər insan həlak oldu və mindən yuxarı nümayişçi həbsxanalara atıldı. Nümayişlər sakitləşsə də baş verən hadisələr ətrafında debatlar davam etməkdədir. Konfliktoloq Əlimusa İbrahimov bildirib ki, İranda baş verən hadisələr ətrafında müzakirələr iki səbəbdən bir müddət sakitləşməyəcək kimi görünür: “Birincisi, ona görə ki, İran mövzusu uzun illərdir ki, beynəlxalq aləmi zəbt edib və bundan sonra da illərlə zəbt edəcək.
8 Yanvar 2018 14:30 Dünya2017-ci ilin sonunda İranda dövlət əleyhinə başlayan etiraz nümayişləri artıq səngiməkdədir. Müxtəlif məlumatlara görə çıxışlarda irili xırdalı 50-ə yaxın şəhər iştirak etdi, 25- ə qədər insan həlak oldu və mindən yuxarı nümayişçi həbsxanalara atıldı. Nümayişlər sakitləşsə də baş verən hadisələr ətrafında debatlar davam etməkdədir. Konfliktoloq Əlimusa İbrahimov bildirib ki, İranda baş verən hadisələr ətrafında müzakirələr iki səbəbdən bir müddət sakitləşməyəcək kimi görünür: "Birincisi, ona görə ki, İran mövzusu uzun illərdir ki, beynəlxalq aləmi zəbt edib və bundan sonra da illərlə zəbt edəcək. İkincisi, ona görə ki, İran kimi teokratik ölkələrdə baş verən nümayiş və etirazlar belə asanlıqla yatırılmır və uzun illər davam edən qanlı müharibələrə çevrilir. Liviyada, Suriyada, İraqda, Yəməndə olduğu kimi. Etiraz nümayişlərinin baş vermə səbəbləri haqqında politoloq və konfliktoloqlar arasında müxtəlif versiyalar irəli sürülür: xalqın sosial vəziyyətinin acınacaqlı olması, İrandakı müxtəlif qruplar arsında baş verən hərc-mərcliyin əks-sədası, Amerika-İsrail-Səudiyyə Ərəbistanı (A-İ-S) triosunun İrana qarşı həyata keçirdikləri təxribatlar, Prezident Ruhaninin seçkiqabağı verdiyi vədlərin yerinə yetirilməməsi və sair. Hər bir versiya diqqətəlayiqdir və etiraz nümayişlərinin başlama səbəbi kimi haqq qazana bilər. Amma, nəzərə almaq lazımdır ki, İranda əhalinin sosial vəziyyəti həqiqətən də son dərəcə ağırdır. Millət ruhani rejiminin boş vədlərindən cana doyub, sabaha bəslədikləri umid hər keçən gün azalır, işsizlik cavanları öz ağuşuna alıb. Amma İranlılar mövcud vəziyyətlərini Suriya, İraq, Liviya, Yəməndə olan vəziyyətlə müqayisə edəcək qədər ağılsız deyillər. Orta Şərqi bürüyən müharibə, dağıntı və səfalətin onları cəlb etməsi inandırıcı deyil". Onun sözlərinə görə, ölkədə bir-birinə müxalifətdə olan mühafizəkar və mötədil kimi qruplar təbii ki, mövcuddur və onlar zaman zaman siyasət səhnəsində, hakimiyyət bölgüsü uğrunda qarşı-qarşıya dururlar. Amma onlar ölkəni xaosa aparacaq etirazlar dalğasının səbəbkarı olmaqdan çox-çox uzaqdırlar. Əksinə, ölkənin, rejimin varlığına olan hər hansı bir təhlükə bu qüvvələri bir-birinə daha da yaxınlaşdırır: "Amerika- İsrail- Səudiyyə (A-İ-S) triosu həqiqətən də İranın qatı düşmənidirlər və regionda bu ölkənin mövcudluğu onların maraqlarının tam ziddinədir. Bu ölkələr İranı çoxdan parçalayıb xırda dövlətlərə çevirər, yaxud müxtəlif region dövlətləri arasında bölərdilər ki, Orta Şərqdə onlara qarşı çıxan ən böyük maneə aradan qaldırılsın. Amma təəssüf ki, İran İslam İnqilabından bu günə qədər Amerika və onun region üzrə müttəfiqlərinin İrana qarşı atdıqları addımların hamısı nəticəsiz qalıb. Hətta zamanında İran-İraq müharibəsi də İranın güclənməsinə gətirib çıxarmışdı. Bu gün İran kabusu Amerikanın müttəfiqləri ilə birlikdə yuxusuna haram qatıb. İranın bu regiondakı ekspansiyası qarşısında dünyanın aparıcı dövlətləri aciz duruma düşüblər. Hər keçən gün İran öz hesabına yeni xallar yazır".
O da bəllidir ki, Ruhani seçkiqabağı kompaniyada verdiyi sözü, vədləri yerinə yetirməyib və bundan sonra da yetirəcəyi sual altındadır. Əgər seçki kompaniyasında verilən vədlərə görə rejim dəyişdirilsəydi, yaxud etiraz başlasaydı onda Əhmədnejadın Prezidentliyi dövründə İranda gərək üç dəfə inqilab olaydı. Yaxud, hansı prezident seçki kompaniyasında verdiyi vədləri tam olaraq həyata keçirib ki? Deməli bu da İranda baş verən etiraz nümayişlərinin səbəbi kimi çox zəif arqumentdir. Belə olan halda dünyada geniş əks-səda doğurmuş etirazların arxasında hansı qüvvələr dayanıb və nümayişləri tətikləməkdə bu qüvvələrin məqsədi nədir? Konfliktoloq qeyd edib ki, paradoksal olsa da, İrandakı son nümayişlərin İran dövlətinin özü tərəfindən və rejimi qorumaq, onun ömrünü daha da uzatmaq məqsədi ilə təşkil olunması versiyası üzərində dayanırıq . Bu nəticəyə gəlməyimizin səbəbləri aşağıdakılardır: "Nümayişlər bütün ölkəni deyil, əsasən farslar yaşayan kiçik şəhərləri əhatə edir, türk, kürd, talış və digər daha mobil millətlərin nümayəndələri etirazçı qismində iştirak etmir. Onlar Anti-etirazçı qüvvələr qismində görəvləndirilib. İranda tarix boyu Türklərin qoşulmadığı inqilabın nəticəsi olmamışdır. Ruhani rejimi məqsədyönlü şəkildə türklərə bu prosesdə rol ayırmayıb, ya da bunu bacarmayıb. Sonradan nümayişi dağıtmaq mümkün olmaya bilərdi-səbəbindən. Digər bir məsələ ondan ibarətdir ki, etirazçı qüvvələr əhalinin ən aşağı təbəqəsini əhatə edir və təbii ki, pis təşkilatlanıb və tez yatırıla biləndir. Tarixdən məlumdur ki, cəmiyyətin ən fəal hissəsini orta təbəqə təşkil edir və bu təbəqənin rəhbərlik etdiyi inqilablar müəyyən nəticəyə gətirib çıxara bilir. Deməli, orta təbəqə bu etirazlarda maraqlı olmayıb və etirazlar sunidir. Ən nəhayət, hakimiyyətdəki qüvvələr özlərini çox rahat hiss edir, xarici düşmənlərin növbəti təxribatlarının boşa çıxması haqqında bəyanat verirdilər".
Alim