Dünya

Dünyanın ən yaşlı kişisi öldü - 113 yaşında

30 Yanvar 2018 15:46

İspaniyanın Badaxos əyalətində dünyanın ən yaşlı kişisi Fransisko Nunyes Oliveyra 113 yaşında vəfat edib. Məlumata görə, o, 1904-cü ilin dekabrında anadan olub. F.N.Oliveyra 90 yaşından sonra iki müxtəlif əməliyyat keçirib. Onun 4 övladı, 9 nəvəsi və 15 nəticəsi var.

“Onlar vuruşmaqdan qorxurlar” - Jirinovski müharibəni SEÇDİ

30 Yanvar 2018 15:37

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski ABŞ Maliyyə Nazirliyi tərəfindən dərc edilmiş “Kreml məruzəsi”ni iyrənc adlandırıb. Rusiyalı siyasətçi bu haqda mətbuat konfransında deyib. “Belə məruzələr iyrəncdir. Bizi Avroviziyaya və Olimpiya oyunlarına buraxmırlar, məruzələr dərc edirlər, sanksiyalar tətbiq edirlər, jurnalistləri saxlayırlar, sahibkarları həbs edirlər, deputatları buraxmırlar və sair. Bunların hamısı alçaltmaqdır. Bir il müharibə otuz il alçalmadan daha yaxşıdır. Onlar vuruşmaqdan qorxurlar, ona görə də belə edirlər”, - Jirinovski bildirib.

Neapolda ƏMƏLİYYAT - Farellinin 19 mafiozu tutuldu

30 Yanvar 2018 15:27

İtaliyanın Neapol şəhərində polis qüvvələri “Kamorra” mafiyasına qarşı növbəti əməliyyat keçirib. Məlumata görə, əməliyyat nəticəsində Farelli klanına mənsub 19 nəfər saxlanılıb. Onlara qarşı reket, silah və narkotik alveri, cinayətkar qruplaşma yaratmaq ittihamları irəli sürülüb.

Nazir açıqladı: ABŞ donanması Qətərə girir

30 Yanvar 2018 15:24

Qətər hərbi rəhbərliyi Pentaqonla ikili tərəfdaşlığı genişləndirməyi düşünür. Bu sözləri Qətər Müdafiə naziri Xalid əl-Ətiyyə deyib. “Əl-Udeyd bazasında hava qoşunları ilə yanaşı, ABŞ hərbi donanmasının da olmasını nəzərdə tuturuq. Bu baza daimi olaraq fəaliyyət göstərəcək”, - Ətiyyə bildirib. Nazir Qətərlə Körfəz ölkələri arasında yaşanan gərginlik haqda danışarkən böhranı həll edəcək yeganə şəxsin ABŞ Prezidenti Donald Tramp olduğunu deyib.

ABŞ Rusiyaya müharibə elan etdi -  Məhv olana qədər...

30 Yanvar 2018 15:23

Rusiya rəsmi şəkildə Beynəlxalq Narkotik Ticarət Şəbəkəsi ilə eyni səviyyədə dünya nizamına təhdid sayıldı. Bu sözləri öz Feysbuk səhifəsində ABŞ-ın “Kreml hesabatı”nı şərh edərkən İsraildən olan politoloq Avram Şmuleviç paylaşıb. “Anlamaq lazımdır ki, bu nəyə görə edilib. Deyilənə görə, hesabatın əsas hədəfi elitanı parçalamaqdır. Məncə, belə deyil. Bu siyahı Şərqdən çox, Qərbə yönəlib”, – deyə o bildirib.

Yəməndə minalanmış avtomobil partladılıb - 11 ölü

30 Yanvar 2018 14:58

Yəmənin nəzarət bölgəsində olan ərazisində minalanmış avtomobilin partlaması nəticəsində 11 nəfər həlak olub, 3 nəfər yaralanıb. Bu barədə yerli hakimiyyət nümayəndələri məlumat yayıb. Bununla yanaşı, səlahiyyətli şəxslər, qurbanların sayının daha çox olduğunu iddia edirlər. 

Afrin açıqlamasına görə qurum rəhbəri həbs edildi

30 Yanvar 2018 14:55

Ankara Respublika Prokurorluğu Afrin əməliyyatından sonra yayımladıqları bəyanata görə Türk Təbiblər Birliyinin idarəçiləri haqda həbs qərarı verib. Bu barədə “Xəbərtürk” qəzeti məlumat yayıb. Məhkəmə Birliyin Mərkəzi Şurasının 8 üzvü haqda həbs qərarı çıxarıb. Onların arasında Birliyin rəhbəri Raşit Tükel də var.

Afrində daha 2 kənd terrorçulardan azad olundu

30 Yanvar 2018 14:53

Suriyanın Afrin bölgəsində daha iki kənd terrorçulardan azad olunub. Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində Afrinin qərbindəki strateji yüksəklikdə atışma zamanı 15 terrorçu zərərsizləşdirilib. Türkiyə Ordusu və "Azad Suriya Ordusu" Afrinin qərbindəki Süleyman Xəlil və Sati Şaği kəndləri də PYD terrorçularından azad edilib.

Aİ: Metsamor AES bağlanmalıdır

30 Yanvar 2018 14:47

Avropa Xarici Əlaqələr Xidmətinin Şərq tərəfdaşlığı departamentinin sədr müavini Dirk Lorents Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanmalı olduğunu deyib.

Rusiya noyabrda Amerikaya hücuma edəcək – Kəşfiyyat şefi PLANI AÇDI

30 Yanvar 2018 14:31

Rusiya 6 noyabrda Amerikaya hücuma hazırlaşır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) şefi Mike Pompeo Rusiyanın 6 noyabrda Konqresə keçiriləcək seçkilərə müdaxiləyə hazırlaşdığını açıqlayıb. “Rusiya seçkilərə müdaxilə etməyə cəhd edəcək, lakin Amerikanın seçkiləri azad və ədalətli şəkildə keçirə biləcəyinə inanıram. Onlara elə bir zərbə vuracağıq ki, seçkilərimizə müdaxilə edə bilməyəcəklər”, - deyə o bildirib.

Rusiyada çay qırmızı rəngə boyandı

30 Yanvar 2018 14:21

Rusiyanın Tümen vilayətində Molçanka çayının suları qırmızı rəngə boyanıb. Məlumata görə, suyun istixanalardan gələn kimyəvi maddələr səbəbi ilə bu rəngə boyandığı ehtimal olunur. Yerli sakinlər bir həftəyə yaxındır ki, çayın bu rəngdə olduğunu bildirirlər.

İtaliya polisi Ermənistanın müxalifət partiyasının liderini həbs etmək istədi

30 Yanvar 2018 14:14

İtaliya polisi Ermənistanın müxalifət partiyasının deputatını Romada həbs etmək istəyib. Məlumata görə, bu barədə müxalif “Yelk" fraksiyasının rəhbəri Nikol Paşinyan “Facebook” səhifəsində yazıb. “İtaliya polisi mənim Romada hoteldəki nömrəmi mühasirəyə alıb. Məni tutmağa gəliblər. Məlum olub ki, məni “İnterpol” axtarır və 2008-ci ildən bu yana tapa bilmir”, - deyə N. Paşinyan qeyd edib.

Türkiyənin artan hərbi qüdrəti Qərbi niyə narahat edir?

30 Yanvar 2018 14:05

Türkiyə də Azərbaycan kimi hər hansı bir uğura imza atdığı, yaxud mühüm siyasi hadisə ərəfəsində olanda dərhal Qərbdən, Avropadan təzyiqlərlə üzləşir. Hazırda da eyni mənfi tendensiya müşahidə edilməkdədir. Bu dəfə səbəb isə Ankaranın Suriyanın Afrin bölgəsində antiterror əməliyyatı həyata keçirməsidir. Birləşmiş Ştatlardan tutmuş Qərb təsisatları, Avropanın siyasi və hərbi dairələri ciddi cəhdlə Türkiyənin həyata keçirdiyi antiterror əməliyyatının qarşısını almağa çalışırlar.

“De-fakto ABŞ-ın düşmənləri…” – Kremldən REAKSİYA

30 Yanvar 2018 13:51

“Kreml məruzəsi”nə daxil edilmiş Rusiya siyasətçiləri və biznesmenləri de-fakto ABŞ-ın düşməni adlandırılıb. Bunu ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan “Kreml məruzəsi”nin dərcini şərh edən Kremlin sözçüsü Dmitri Peskov deyib.

Ərdoğan səfərlərini təxirə saldı

30 Yanvar 2018 13:38

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Latın Amerikasına nəzərdə tutulan səfərini təxirə salıb. Səfərin hansı tarixdə baş tutacağı açıqlanmayıb. Ərdoğanın gələn həftə yalnız Vatikana səfər edəcəyi bildirilib.