Dünya

Rusiya şokda: ABŞ bütün prinsipləri pozdu...

30 Yanvar 2018 13:24

ABŞ “Kreml hesabatı” ilə beynəlxalq münasibətlərin bütün prinsiplərini pozdu. Bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasınının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frans Klintseviç söyləyib.

ABŞ-ın ən qorxduğu ÖLKƏ BƏLLİ OLDU

30 Yanvar 2018 13:20

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo Çinin ABŞ üçün ən az Rusiya qədər təhlükəli rəqib olduğunu etiraf edib. M.Pompeo “BBC” kanalına müsahibəsində bir neçə önəmli məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, Çin ABŞ-ın bilgilərini ələ keçirərək dünya miqyasında gizli bir hakimiyyət yaratmağa çalışır. Pompeo bildirib ki, Şimali Koreya bir neçə ay içində ABŞ-ı nüvə raketləri ilə vurmaq potensialına yiyələnəcək. MKİ isə hazırda Şimali Koreyadan gələ biləcək hər hansı bir nüvə təhdidi qarşısında ABŞ-ın nə edə biləcəyini araşdırmaqla məşğuldur.

Bu ölkədə milyonlarla “qarımış kişi” evlənməyə qadın tapmır

30 Yanvar 2018 13:07

Çində uzun illər sürətli artım səbəbi ilə ailədə yalnız bir uşağın doğulmasını tələb edən qanun 2015-ci ildə  ləğv olunsa da, öz acı nəticələrini göstərməkdəir  və yəqin ki,  10 il ərzində də bu problem aradan qalxmayacaq. belə ki bu ölkədə  kişilərin sayı qadınların sayından çox olduğuna görə, 30 yaşı keşmiş subay kişilərin sayı yüzminləri aşmaqdadır.

Ata əvvəl 2 uşağını, daha sonra özünü pəncərədən atdı - VİDEO

30 Yanvar 2018 12:57

Binada baş verən yanğından xilas olmaq istəyən ata əvvəl 2 uşağını, daha sonra özünü pəncərədən atıb. hadisə Rusiyanın Krasnoqorsk vilayətində qaz sızması nəticəsində baş verib.

Türk ordusu daha bir yüksəkliyi ələ keçirdi

30 Yanvar 2018 12:48

Afrində PKK/YPG terrorçularına qarşı həyata keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyə ordusu Burseya dağı yaxınlığındakı strateji yüksəkliyi ələ keçirib. Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin həyata keçirdiyi bombardmandan sonra Türkiyə hərbçiləri və Azad Suriya Ordusunun qüvvələri yüksəkliyə hücum edərək oranı tam nəzarətə götürüb.

Sibel Can 1 ayda 4 milyon qazanacaq

30 Yanvar 2018 12:42

Apreldə yeni albomunun tanıtımı üçün Avropa turnurinə çıxmağı planlayan Sibel Can 1 ayda 4 milyon lirə (təxminən 2 milyon manat) qazanacaq. Sənətçi Fransa, Almaniya və Avstriyada 20 konsert verəcək. Sibel hər konsertdən 200 min lirə (təxminən 100 min manat) alacaq.

Xəstəxanada ŞOK OLAY

30 Yanvar 2018 12:38

Hindistanın Mumbai şəhərində dəhşətli hadisə baş verib. Xəstəxanada bir qohumunu ziyarət edən 32 yaşlı Rajeş Marunu MRT (maqnit-rezonans tomoqrafiyası) cihazı udub. Hadisə nəticəsində həmin şəxs ölüb. Belə ki, xəstəxana işçiləri R.Maruya oksigen balonu verərək, onun MRT otağına daxil olmasını istəyib. R.Maru etiraz etsə də, tibb işçilərin cihazın işlək olmadığını deyib. O otağa daxil olan kimi cihazın maqnit gücü Marunun əlindəki dəmir əşyanı özünə çəkib. O aparata çırpılıb bu zaman oksigen balonu açılıb və oksigen onun nəfəs yollarına daxil olub. Həkimlər ona tibbi müdaxilə etsələr də, o, 10 dəqiqə içərisində ölüb.

ABŞ sanksiyaları Rusiyanı dağıdacaq – Rus politoloq

30 Yanvar 2018 12:19

ABŞ-ın yeni və güclü sanksiyaları Rusiyanın çöküşünü sürətləndirəcək. Bunu ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində rusiyalı politoloq Andrey Piontkovski söyləyib. Onun sözlərinə görə, ABŞ-ın Kremlə yaxın olan şəxslərə sanksiyalar tətbiq edəcəyi ehtimalı Rusiyanın bütün hakimiyyət sistemini dağıdacaq: “Cinayətkar sxem müəyyən səssizlik olmadan və ya Qərblə əməkdaşlıq etmədən hökm sürə bilməz. Mən çirkli pulların yuyulmasına dair mübarizə ilə bağlı qanundan danışdım. Niyə o, 25 il ərzində qəbul edilməyib? İlk növbədə pullar Amerika iqtisadiyyatına yatırılırdı.

Afrinin kürd aşirəti: Türk ordusu ilə birgə...

30 Yanvar 2018 12:15

Burseya dağını, Racodakı 915-ci təpəni və Cinderesdə bir çox mövqeyi terrorçulardan azad edən türk ordusu Afrinin mərkəzinə 14 kilometrə qədər yaxınlaşıb. “Yeni şəfəq” qəzeti Afrində yaşayan ərəb və kürd aşirət rəsmiləri ilə görüşüb. 

Türkiyənin Şıxməhməd türbəsi raketlə vuruldu

30 Yanvar 2018 12:12

YPG terrorçularının Afrindən atdığı raket Türkiyənin Kilis vilayətinin Öncüpınar məhəlləsinə düşüb. Bu barədə Türkiyənin “Xəbərlər” qəzeti məlumat yayıb. Şıxməhməd türbəsinin yaxınlığına düşən raketin partlamasından sonra əraziyə təcili yardım maşınları və təhlükəsizlik qüvvələri gəlib. Hələ ki, tələfatla bağlı məlumat verilmir. 

Həbs edilən şahzadə və nazirlərdən SON XƏBƏR

30 Yanvar 2018 12:07

Səudiyyə Ərəbistanında vəzifədən sui-istifadə ittihamları ilə həbs olunan şahzadə və nazirlərin azadlığa buraxıldığı bildirilib. Bu barədə həbs əməliyyatlarında iştirak edən, adının açıqlanmasını istəməyən səlahiyyətli bir şəxs “Röyters” agentliyinə məlumat verib.

Tbilisidə metro stansiyasında tavan çökdü - Yaralılar var

30 Yanvar 2018 11:41

Gürcüstanın paytaxtı Tbilisidə metro stansiyalarının birində tavan çöküb. Hadisə nəticəsində azı 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerində polis əməkdaşları və xilasedicilər işləyir. Tbilisi meri Kaxa Kaladze vəziyyətlə tanış olmaq üçün metro stansiyanın olduğu əraziyə gedib.

Rusiyanı bu şəxs xilas edə bilər – Şərh

30 Yanvar 2018 11:33

Rusiyada müxalif bloger Aleksey Navalnının tərəfdarlarının etirazlarının tezliklə yatırılması onu göstərir ki, Navalnı bir o qədər də güclü siyasətçi deyil, hətta faktiki və strateji səhvləri ucbatından təşəbbüsü əldən vermək üzrədir.

Ermənistanda hakimiyyət savaşı: Yeni postun sahibi...

30 Yanvar 2018 11:31

Ermənistanda builki seçkilər ətrafında gedən proseslərə erməni lobbisinin çox güclü təsiri gözlənilir. Bu sözləri  politoloq İlqar Vəlizadə deyib. Ekspert Ermənistan siyasətinin daha çox xaricdən formalaşdığını bildirib: “Ermənistanın daxili siyasətində erməni lobbisi kifayət qədər güclü təsirə malikdir.