Dünya

NATO-dan Afrin çıxışı: Türkiyə bizi məlumatlandırır

5 Fevral 2018 18:31

Türkiyə Afrində keçirilən “Zeytun budağı” əməliyyatı ilə bağlı mütəmadi olaraq NATO-ya məlumat verir. Bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib. “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər türk rəsmilərlə aparılan danışıqlarda beynəlxalq koalisiya təmsilçilərinin bir-biri ilə vuruşmaması üçün Suriyada quru əməliyyatı təşkil edən ölkələr arasında təmas qurulmasının önəmli olduğunu dilə gətirdim.

“Mehmetcik”dən Afrində strateji QƏLƏBƏ

5 Fevral 2018 18:13

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində növbəti qələbələrini qazanıb.  Dikmetaş dağı və Sarıkaya təpəsi PKK/PYD terrorçularından təmizlənib.

Əsəd rejimi Şərqi Qutanı vurdu – 30 ölü, 170 yaralı

5 Fevral 2018 18:11

Bəşər Əsəd rejimi mühasirədə saxlanılan Şərqi Quta ərazisinə aviazərbələr endirib. Hücum nəticəsində 30 dinc sakin həlak olub, 170 nəfər yaralanıb. Məlumata görə, Əsəd rejimi hədəf kimi Şərqi Qutanın Beyt Sava, Hazza, Zemalka və Hamuriyə bölgələrini seçib. Endirilən zərbələrdən bir neçəsinin bazar meydanına düşməsi tələfatı daha da artırıb.

Məhkəmə Saakaşvilinin şikayətini rədd etdi

5 Fevral 2018 17:54

Kiyev Apelyasiya Məhkəməsi Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Miqrasiya Xidmətinin qərarından etdiyi şikayəti rədd edib. Bu haqda “İnterfaks-Ukrayna” agentliyi yazıb.

FETÖ-çudan qandonduran ifadə:  “Tankla əz” dedilər...

5 Fevral 2018 17:44

Türkiyədə FETÖ istintaqı çərçivəsində həbs edilən hərbçi Ömər Qalının məhkəməyə verdiyi ifadə qardaş ölkədə rezonans doğurub. İdarə etdiyi tankla 4 nəfəri əzərək öldürən və bir çox şəxsi yaralayan Qalın bunu komandirlərinin əmri ilə etdiyini bildirib. Tankın irəliləyə bilmədiyini söyləyən Qalın deyib: “Polkovnik Fatih Sönməz “Əz” əmrini verdi.

İran İrəvanla əlaqələri genişləndirir – Yol xəritəsi

5 Fevral 2018 17:42

İran hökuməti Ermənistanla əlaqələrinin inkişafı yolunda daha bir addım atılıb. Urmiya Universitetini Ermənistanla elmi sahədə əməkdaşlıq üçün koordinasiya mərkəzi seçən İran Elmi Araşdırma və Texnologiya Nazirliyinin beynəlxalq məsələlər üzrə müavini Hüseyin Salar Amoli iki ölkə arasında elmi əməkdaşlığın digər sahələrdə də əməkdaşlığa töhfə verəcəyini bildirib.

ABŞ-ın Türkiyəyə elan olunmamış səssiz müharibəsi

5 Fevral 2018 16:51

ABŞ-ın kürd terrorçularını silahlandıraraq, Türkiyəyə qarşı müharibə aparması, NATO-nun etibarlılığılna kölgə salmış oldu. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib: “Bu, necə müttəfiqliq olur ki, ABŞ öz strateji müttəfiqi olan Ankaraya qarşı terrorçular vasitəsilə müharibə aparır. Bəli, ABŞ şimali Suriyada Türkiyəyə qarşı YPG vasitəsilə müharibə aparır.

Gürcüstan məktəblərində din dərslərinin tədrisi planlaşdırılmır

5 Fevral 2018 16:17

“Gürcüstan orta məktəblərində dini dərslərin keçirilməsi planlaşdırılmır”. Məlumata görə, bu barədə Gürcüstan təhsil və elm nazirinin müavini Liya Giqauri deyib. O bildirib ki, nazirin təşəbbüsü dinlərin tarixi və mədəniyyətləri barədə seçim əsasında dərslərin keçirilməsi ilə bağlı olub: “Bu istiqamətdə işlər hələ başlamayıb. Bu, yalnız ideyadır və müzakirə olunur”.

Baş nazirin evindən qızıl tapança çıxdı

5 Fevral 2018 16:11

Dağıstanın Baş naziri Əbdüssəməd Həmidovun evindən axtarış zamanı TT markalı qızıl tapança, “Beretta” və PM tapançası, iki “Kalaşnikov” avtomatı aşkar edilib. Bu barədə informasiyanı Rusiya İstintaq Komitəsi yayıb.

Siyasətin sağlam idmana müdaxiləsinin acı nəticəsi

5 Fevral 2018 15:59

Son vaxtlar beynəlxalq supergüclərin təkcə siyasi sferasında deyil, eləcə də idman həyatında diqqət çəkən, eyni zamanda tənqidə səbəb olan proseslər, hadisələr yaşanır. Bu mənfi tendensiya daha çox siyasi cəbhədə baş-başa gələn Rusiya və Birləşmiş Ştatlarda müşahidə edilməkdədir.

“Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir”

5 Fevral 2018 15:50

“ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri adətən texniki xarakter daşıyır”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşlərindən sonra bu səfərin həyata keçirildiyini nəzərə alsaq, o zaman belə qənaətə gəlmək olar ki, səfərin əsas məqsədi tərəflər arasındakı daha öncə müzakirə olunan məsələlər ətrafında müzakirə aparmaqdan ibarətdir: “Prinsip etibarilə həmsədrlərin səfəri ənənəvi xarakter daşıyır və bu bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə hər hansı bir formada təsir göstərə bilməz. Həmsədrlər yalnız tərəflərin mövqeyini öyrəndikdən sonra ya XİN rəhbərlərinin növbəti görüşünü, ya da prezidentlərin görüşünü təşkil edir”.

Rus qadını Ermənistanda soydular

5 Fevral 2018 15:44

Ermənistanın Gümrü şəhərində Rusiya vətəndaşı Natalya Vorobyeva qarət olunub. Qarət zamanı zərərçəkmişin yanında həmçinin rəfiqəsi – Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının əməkdaşı olub. Vorobyevanın oğurlanan çantasında 15 min rubl və 20 min dram pul olub.

Gürcü qızlarının sayı sürətlə azalır: Dünyanın ən dəhşətli "SOYQIRIMI"

5 Fevral 2018 15:26

İki il əvvəl Teona xala ola bilərdi. Bacısı ilk hamiləliyini yaşayırdı. Gələcək valideynlər oğlan arzusuda idilər. Hətta qohumlar körpəyə ad da düşünmüşdülər. Lakin bu xoşbəxtlik çox sürmədi. Həkimlər dölün cinsiyyətini açıqlayanda hər kəsin ümidləri puç oldu.

Niderland səfirini Türkiyədən geri çağırdı: yenisini təyin etməyəcək

5 Fevral 2018 15:23

Niderland səfirini Türkiyədən geri çağırıb. Məlumata görə, bundan sonra Niderland Türkiyədə səfir təyin etməyəcək. Rəsmi Amsterdamın bu addımının səbəbi barədə hər hansı məlumat verilmir. 

NASA kosmosda həyat qaynağı olan yer tapdı: SENSASİYALI KƏŞF

5 Fevral 2018 15:21

ABŞ Aviasiya və Kosmik Agentliyinin (NASA) mütəxəssisləri Saturn planetinin ən böyük peyki olan Titanın atmosferində həyat əlaməti olan yeni tapıntılara rast gəlib.  Titanın atmosefrindəki araşdırmaları davam etdirən mütəxəssislər bu peykdə mikroorqanizmlərin yaşamasına dair sübut tapıb. Titanın səthindən 200 km yuxarıda tapılan “akrilonitril” (vinil siyanid) adlı yaşamın quruluş daşı hüceyrə memarlığının yaradılmasını təmin edən kimyəvi maddədir.