Dünya

Qış Olimpiya oyunlarının keçiriləcəyi şəhərdə virus yayılıb

6 Fevral 2018 11:47

Cənubi Koreyanın Qış Olimpiya oyunlarının keçiriləcəyi Pxençxan şəhərində əhali arasında virus yayılıb.  36 nəfərə yaxın adam novovirusa yoluxub. Son dörd gündə oyunlarda mühafizə xidməti göstərəcək bir neçə nəfər də qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Həmin şəxslərdə də novovirus aşkarlanıb. Məlum olub ki, əhali kütləvi virusa içməli sudan yoluxub.

Pentaqon iki variantdan birini SEÇDİ

6 Fevral 2018 11:36

“ABŞ-ın Münbiçdən çəkilməklə bağlı planı yoxdur”.  Bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Erik Pahon deyib. “Ümid edirik ki, türklər Afrindən Münbiçə keçməyəcək. Bu, diqqəti İŞİD-lə mübarizədən yayındıra bilər. Türkiyənin terrorizm və sərhədlərindən terrorçu qruplar barədə ciddi qayğılarının olduğunu anlayırıq. Türkiyə ilə əlimizdən gəldiyi ölçüdə birlikdə çalışırıq, ancaq “Zeytin budağı” əməliyyatı İŞİD-ə qarşı mübarizədə qazandıqlarımızın bir hissəsinin itirilməsinə səbəb ola bilər”, - o bildirib.

PYD dəhşəti: Snayperlər vurur, cəsədləri itlər yeyir...

6 Fevral 2018 11:19

Suriyadan terrorçuların zülmünə görə qaçmağa məcbur olduq. Bu sözləri Suriyada PYD zülmündən qaçan jurnalist Mudar Hamad Əsəd deyib. “Çətin səfər zamanı mina partladıqdan sonra qardaşımın yoldaşı və 2 uşağını itirdik.

ABŞ-dan Rusiyaya həmlə

6 Fevral 2018 11:17

ABŞ Suriyanın İdlib şəhərinin Serakin mahalında mülki vətəndaşlara qarşı xlor qazından istifadə olunması ilə bağlı yayılan məlumatlardan sonra həyəcan siqnalı verib. Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert deyib. “Son bir ay ərzində artıq 6-cı dəfə Əsəd rejimi bu cür hücumlara yol verir. Beynəlxalq aləm buna ciddi reaksiya göstərməlidir. Suriya xalqı zülm çəkir, dünya isə izləyir”, - Noyert bildirib.

Tatlısəsin qızları bir arada

6 Fevral 2018 10:19

Müğənni İbrahim Tatlısəsin qızları Dilan və Elif Ada bir araya gəliblər. Müğənninin keçmiş həyat yoldaşı Ayşegül Yıldız qızını bacısı ilə görüşdürüb. Ayşegül Dilanla Elif Adanın arasının çox yaxşı olduğunu deyib:   “Qızım hər zaman şəkillərə baxıb “Ana, bacım nə vaxt gələcək” deyə soruşurdu. Bu gün xeyli vaxt keçirdilər, əyləndilər. Baxın, bacılar bir-birinə necə bənzəyir”. 

Zəlzələ - Rusiyada

6 Fevral 2018 09:10

Klub prezidenti və futbolçu GÜLLƏLƏNDİ

6 Fevral 2018 09:01

Türkiyənin futbol üzrə 2-ci liqasının qırmızı qrupunda mübarizə aparan “Kastamonuspor 1966” klubunun binasında atışma baş verib. Klub prezidenti Eren Uzun və futbolçu Saleh Sefercik ayaqlarından vurulub.

İlk dəfə dördüncü rübdə smartfonların qlobal tədarük həcmi azalıb

5 Fevral 2018 19:35

“Counterpoint Technology Market Research” analitik şirkətinin məlumatına əsasən, 2017-ci ildə dünya bazarına 1,55 milyarddan çox smartfon tədarük olunub. Smartfon tədarüklərinin illik həcminin 2% artmasına baxmayaraq, analitiklər qeyd edirlər ki, ilin son rübündə bazarda ilk dəfə azalma qeydə alınıb. Smartfonların rüblük tədarük həcmi 5% azalaraq 415 milyon təşkil edib.

“Nokia Sirocco” əmtəə nişanı bərpa ediləcək

5 Fevral 2018 19:29

"HMD Global" şirkəti "Nokia" mobil telefonları üçün bahalı "Sirocco" əmtəə nişanını bərpa etmək niyyətindədir. Bu məqsədlə "TA-1005" nömrəli model üçün "Nokia 8 Sirocco" əmtəə nişanı qeydiyyatdan keçirilib.

Ekspert: “Gələcəkdə insan bədənini əvəzləmək mümkün olacaq”

5 Fevral 2018 19:23

Robot texnikası üzrə ekspert Kris Middlton “Daily Star Online” saytına müsahibədə robotlar və süni intellektin insanlara əbədi yaşamağa köməyi barədə söz açıb. O bildirib ki, belə texnologiyalarla məşğul olan şirkətlərin əksəriyyəti yardımçı texnologiyaların insan həyatını yaxşılaşdıracağına inanır.

Alimlər mobil telefonların sağlamlıq üçün təhlükəsiz olmasını sübut ediblər

5 Fevral 2018 19:18

Amerikalı alimlər mobil telefondan çıxan şüaların insan sağlamlığına təsirini araşdırıblar. Onların məqsədi bu növ qurğulardan çıxan radiotezlik şüalanmanın vaxt ötdükcə beyin xərçəngi yaratması ilə bağlı çoxsaylı nəzəriyyə və bəyanatları təkzib, yaxud sübut etmək olub.

Süni intellektin köməyilə kameranı idarə edən universal modul təqdim edilib

5 Fevral 2018 19:11

Hər kəs rəqəmli güzgülü fotoaparatla keyfiyyətli şəkillər çəkə bilmir. Buna görə istehsalçılar "Aurga" adlı xüsusi cihaz təqdim ediblər. Bu, kameranı sazlamaq üçün peşəkarlıqla çəkilmiş şəkillərin məlumat bazası əsasında süni intellektdən istifadə edən qoşulan universal moduldur.

Yaponiya dünyanın ən kiçik raketdaşıyıcısı ilə peyk buraxıb

5 Fevral 2018 19:05

Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (Japan Aerospace eXploration Agency - JAXA) dünyanın ən kiçik raketdaşıyıcısı vasitəsilə peykin kosmosa uğurlu buraxılışını həyata keçirib. "SS-520−5" raketdaşıyıcısının çəkisi təxminən 2,9 tona bərabərdir və bu yükün 2,2 tonunu yanacaq təşkil edir. Uzunluğu 10 metr, diametri 50 santimetr olan aparat ev elektron cihazlarında və smartfonlarda rast gəlinən komponentlərdən hazırlanıb.      

Türkiyəli nazirdən çağırış: "Kəndinizə qayıdın"

5 Fevral 2018 18:33

Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Əhməd Əşrəf Fakıbaba kəndliləri böyük şəhərləri tərk etməyə və kənd təsərrüfatı ilə məşğul olmağa çağırıb. Nazir kəndlərə qayıdacaq kəndlilərə 300 baş kiçik buynuzlu mal-qara, eləcə də əlavə əməkhaqqı veriləcəyini deyib. Nazir vurğulayıb ki, Türkiyə hökuməti heyvandarlığın inkişafı proqramını işə salır.