Dünya
Tehran Ankaranın antiterror əməliyyatından niyə narahatdır?
Türkiyə Suriyada antiterror əməliyyatını uğurla davam etdirir. Təxminən 20 günə yaxın bir müddətdir ki. davam edən antiterror əməliyyatı Suriyanın torpaq bütünlüyü və suverenliyinə təhdid olmasa da, lakin başda Suriyanın diktatoru Bəşər Əsəd olmaqla bir çox beynəlxalq antiTürkiyə dairələr Ankaranın Suriyada həyata keçirdiyi antiterror əməliyyatını Suriyanın ərazi bütövlüyünün Türkiyə tərəfindən pozulması kimi qələmə verməyə çalışırlar. Nədən ki, Türkiyənin PKK terror təşkilatının Suriya qanadı olan YPĞ/PYD-yə qarşı apardığı uğurlu əməliyyat həmin xarici dairələri ciddi narahat edir. Çünki elə o dairələr zaman-zaman terror təşkilatı vasitəsilə Türkiyəyə təzyiq etməyə çalışırlar. Təbii ki, terrorçulara maddi dəstək və silah yardımı etməklə.
Ərdoğan MEYDAN OXUDU: O torpaqları əsl sahiblərinə qaytaracağıq
Biz Münbiçə torpaqları əsl sahiblərinə təhvil vermək üçün gələcəyik. Biz Amerikaya terror təşkilatlarına dəstək verməyin dedik . Bunu AK Partiyanın iclasında çıxış edərkən prezident Rəcəb Tayyib Ərdoğan deyib.
YPG-li terrorist uşağa qarşı elə bir hərəkət etdi ki… - VİDEO 18 +
YPG terroristlər sivil camaata atəş açmaqda davam edir. Zeytun budağı əməliyyatı başladığı gündən etibarən Türk əsgərlərinin vətəndaşları öldürməsi yalanına sığınan terroristlərin dəhşətli görüntüləri yayılıb. YPG-li terrorist avtomatla suriyalı uşağı güllə yağışına tutub.
Fransada atışma
Fransanın Marsel şəhərində silahlı şəxs küçəyə çıxaraq atəş açmağa başlayıb. Əraziyə dərhal xüsusi təyinatlı dəstələr cəlb olunub. Aparılan əməliyyat nəticəsində silahlı şəxs saxlanılıb.
Qeydlər ələ keçirildi: FETÖ-nun yeni planı!
Təşkilat üzvlərini motivasiya etmək üçün çox zaman yuxulardan istifadə edən FETÖ-nun Türkiyədə həbs edilmiş əlaltılarını aldatmaq yönündə daha bir planının üstü açılıb. FETÖ həbsdə olan üzvlərini nəzarətdə saxlamaq üçün Türkiyədə qəbul edilən qərardan istifadə edib. Məlumata görə, FETÖ həbsdəki məhbuslarına qanunvericiliyə uyğun vahid forma geyinmələrini tapşırıb və Avropa İnsan Haqları Məhkəməsindən külli miqdarda təzminat alacaqlarını bildirərək, onları sakitləşdirməyə çalışıb.
Türkiyədə məktəbdə partlayış - Yaralılar var
Türkiyənin İzmir vilayətində məktəblərin birində partlayış baş verib. Məlumata görə, hadisə nəticəsində beş nəfər yaralanıb. Yaralılar arasında məktəblilərin də olduğu deyilir. İlkin ehtimallara görə, partlayışa qaz sızması səbəb olub.Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti normal qiymətləndirilir.
Bülent Ersoy bu görünüşü ilə dəniz qulduruna bənzədildi
Müğənni Bülent Ersoy Şimali Kiprdə konsert verib. İfaçı budəfəki obraz ilə diqqət çəkməyi bacarıb. Ersoyun səhnə libası “Karib dənizinin quldurları” filmindəki Deyvi Cons obrazına bənzədilib.
İsrail afrikalı qaçqınların deportasiyasına başlayıb
İsrail afrikalı qaçqınların ölkəni tərk etmələri üçün 60 gün vaxt verib. Deportasiya İsrail dövləti tərəfindən rəsmi olaraq tələb olunub. Bildirilib ki, afrikalılar verilən müddət ərzində ölkəni tərk etməsələr, onlara həbs cəzası veriləcək. Afrikalı mühacirlərin çox hissəsi bildirib ki, Afrikaya qayıtmaqdansa, İsrail həbsxanasında cəza çəkməyi daha üstün hesab edirlər. Daha əvvəllər də, İsrail dövlətinin mühacirlərə qarşı mübarizə apardığı bildirilirdi.
İkinci qlobal toqquşma başlayır: ABŞ-Çin-Rusiya...
ABŞ prezidenti Donald Tramp Rusiya və Çini amerikalılar üçün təhlükəli düşmən elan etdi və Birləşmiş Ştatların yenilənmiş nüvə doktirinasına Rusiya Federasiyası tərəfindən nüvə zərbəsi təhlükəsinin qarşısının alınması məsələsi daxil edildi. Bu, böyük güclərin açıq müstəvidə toqquşması deməkdir.
Beynəlxalq və regional oyunçular... - Türkiyənin düşmənlərinin 7 METODU
ABŞ Suriyadakı PYD/PKK terror təşkilatına İŞİD terror təşkilatı ilə mübarizə bəhanəsi ilə silah-sursat yardımı göstərməkdə davam edir. Vaşinqton Afrininin İŞİD-ə qarşı mübarizə üzrə koalisiyanın təsir dairəsinə daxil olmadığını bildirsə də, son olaraq ABŞ ordusuna aid zirehli texnikalardan ibarət konvoy Şimali İraq kürd muxtariyyətinin nəzarətində olan Fişhaburdan Qamışlıya keçib. İddiaya görə, konvoy Afrində Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusuna qarşı mübarizədə istifadə olunacaq. Lakin ABŞ PYD/PKK terrorçularının yeganə silah-sursat təchizatçısı deyil.
MSK Putinlə bağlı QƏRAR VERDİ
Rusiyanın Mərkəzi Seçki Komissiyası (MSK) hazırkı dövlət başçısı Vladimir Putinin prezident seçkilərində namizədliyini qeydiyyata alıb. Komissiyanın üzvü Aleksandr Klyukin deyib ki, quruma təqdim olunan 314 min 837 (ən azı 100 min etibarlı imza olmalı idi –red.) imzadan 232-si etibarsız hesab edilib.
Erməni futbolçu hərbi xidmətə getməmək üçün İngiltərədən siyasi sığınacaq istədi
Ermənistanlı futbolçu Ovik Nersisyan hərbi xidmətə getməmək üçün İngiltərədən siyasi sığınacaq istəyib. Hazırda İngiltərənin Şimal-Qərb Liqasında çıxış edən "Uiçerç Alport"un formasını geyinən 23 yaşlı müdafiəçi həyatının təhlükədə olduğunu söyləyib.
Əsəddən Türkiyəyə qarşı addım: Afrin təhlükəsi...
Əsəd rejiminin komandanlarından biri Suriya ordusunun Hələb və İdlibə yeni hava hücumundan müdafiə sistemləri və zenit raket kompleksləri yerləşdirdiyini açıqlayıb. Bu barədə “Röyter” məlumat yayıb. Agentliyə bu haqda danışan hərbi mənbə bildirib ki, bu addım hər kəsə verilən bir mesajdır.
İsveçdə avtodayanacaqda PARTLAYIŞ
İsveçin cənubundakı Malmö şəhərində avtomobil dayanacağında partlayış baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hələlik partlayışın səbəbi barədə rəsmi məlumat verilməyib. Hadisə ilə bağlı araşdırma aparılır.
Erməni əsilli ABŞ vətəndaşı 11 nəfəri qətlə yetirməkdə ittiham olunur
Los-Anceles şəhərində həbs olunan erməni əsilli ABŞ vətəndaşı Artyom Qasparyan Cinayət Məcəlləsinin 32 maddəsi ilə ittiham olunur. 34 yaşlı A.Qasparyanın təqsirli bilindiyi epizodlardan biri 37 yaşlı Adan Koreanın qətli ilə bağlıdır. İttihama görə, o, avtomobillə hərəkət edən A.Koreaya odlu silahdan atəş açaraq onu qətlə yetirib. Artyom Qasparyan adamları oğurlayaraq 11 qətl törətməkdə, 6 qarətdə, 5 avtomobili atəşə tutmaqda, 2 nəqliyyat vasitəsini qaçırmaqda, adamların üstünə maşın sürməkdə, qanunsuz odlu silah gəzdirməkdə, hücumda və başqa cinayətlərdə ittiham olunur.














