Dünya

Ermənistanda vəziyyət olduqca çətindir

5 Fevral 2018 14:50

İşğalçı Ermənistan 2016-cı ilin aprel müharibəsindən keçən dövr ərzində ciddi cəhdlə öz hərbi gücünü artırmağa, Azərbaycan üzərində hərbi üstünlük əldə etməyə çalışır. Ötən müddət ərzində Rusiyadan yeni silahların alınması, paralel olaraq digər ölkələrlə hərbi sahədə əməkdaşlıq imkanlarının götür-qoy edilməsi, eləcə də cəbhə xəttində hərbi texnikaların sayının artırılması deyilənləri təsdiqləyir. Paralel olaraq düşmən informasiya savaşında da üstün mövqelərə sahib olmaq istiqamətində çalışır. Bu günlərdə isə işğalçı öz aləmində ölkə hərbi sahədə daha bir yeniliyə imza atıb. Belə ki, iki gün əvvəl keçirilən hökumət toplantısında Ermənistanda Hərbi Mətbuat Holdinqinin yaradılması ilə bağlı qərar qəbul edilib. Ermənilər bu quruma artıq ad da veriblər:"Zinuj Media" (Hərbi Güc). 

Siyasi sabitlik üçün təhlükə hesab edilən məmurlar yola salınır

5 Fevral 2018 14:31

Mərhum Özbəkistan prezidenti İslam Kərimovun vəfatından sonra Orta Asiyanın bu respublikasının gələcək siyasi həyatının fərqli olacağı barədə müxtəlif fikirlər, proqnozlar səslənsə də, lakin  hakimiyyətdə o qədər də radikal dəyişikliyin baş verməməsi səbəbindən Kərimov siyasətinin davam edəcəyi də şübhə doğurmurdu. Elə Kərimovdan sonrakı bir neçə ayda siyasi səhnədə hökm sürən səssizlik də bunu təsdiqləyirdi. Lakin prezident seçkilərindən sonra demək olar ki, Özbəkistan demək olar ki, tamam fərqli bir ölkə təsiri bağışlamağa başladı.

ABŞ İraqdan hərbçilərini çıxarmağa başladı

5 Fevral 2018 14:16

ABŞ İŞİD-lə mübarizənin aktiv fazası bitdiyi üçün İraqdan hərbçilərinin çıxarılmasına başlayıb. Bu barədə informasiyanı “Assoşeyted Press” agentliyi yayıb. Agentlik Amerika hərbçilərinin İraqdan Əfqanıstana göndərildiyini bildirib. Hələlik İraqdan çıxarılan hərbçilərin sayının nə qədər olduğu vurğulanmayıb. 

Prezident administrasiyasına hücum

5 Fevral 2018 13:32

Tehranda bıçaqla silahlanmış naməlum şəxs prezident administrasiyasının dəftərxanasına daxil olmağa çalışıb. Məlumata görə, təhlükəsizlik qüvvələri həmin şəxsi odlu silahla yaralayaraq qarşısını ala bilib. 

Qadın müğənni həbsxanadan çıxdı

5 Fevral 2018 13:19

Gülben Ergenin şikayəti əsasında barəsində 3 günlük həbs qərarı verilən Seren Serengil həbsxanadan çıxıb. Cəzasını çəkən Seren Serengil saat 11:00 radələrində sərbəst buraxılıb.

Ərdoğana görə Romada buna qadağa qoyuldu

5 Fevral 2018 12:51

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vatikana səfəri əsnasında Romanın mərkəzində 24 saatlıq etiraz aksiyası qadağası elan edilib. Bu barədə Fransanın AFP xəbər agentliyi məlumat yayıb. Türkiyənin Afrin hərəkatına qarşı bəzi terroru dəstəkləyən qüvvələrin etiraz aksiyaları keçirəcəyi ehtimal edilir. Buna görə də prezident Ərdoğanın Papa Fransislə görüşəcəyi gün Romada etiraz aksiyası qadağası elan olunub. AFP agentliyinin bu məlumat ilə Afrin hərəkatına qarşı aksiyaları əngəlləmək məqsədilə dərc edildiyi bildirilir.

Avropa Məhkəməsindən Ermənistan əleyhinə qərar

5 Fevral 2018 12:43

İnsan Haqları üzrə Avropa Məhkəməsi Ermənistana qarşı daha bir qərar qəbul edib. Ermənistanın Gömrük İdarəsinin əməkdaşı Yevgeni Fidanyan öz ölkəsindən şikayət edib. 

Ermənistanda yezidi üsyanı:  Məktəblər boykot edildi

5 Fevral 2018 12:41

Ermənistanın Şirak vilayətinin Azatan kəndinin yezidi sakinləri etiraza qalxıb. Sakinlər ölkədə 12 illik tədris sisteminin tətbiqinə etiraz olaraq uşaqları məktəbə getməyə qoymurlar.  Valideynlər məktəb direktorunu onların ailə işlərinə qarışmamağa çağırıb, övladlarını məktəbə buraxmayacaqlarını deyiblər. Yezidi ailələr uşaqların məktəbə getməməsini sosial vəziyyətin çətinliyi və erkən nikahlarla əlaqələndiriblər. Bildirilib ki, onların sosial problemləri həll olunmasa, məktəblərdən birdəfəlik imtina edəcəklər. 

Ermənistan əhalisinin sayı azalmaqda davam edir

5 Fevral 2018 12:39

2018-ci il yanvarın 1-nə Ermənistan əhalisinin sayı 2,973 milyon nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 min nəfər azdır.  2016-ci il yanvarın 1-i ilə müqayisədə isə ölkədə əhalinin sayı 25,7 min nəfər azalıb.

Kişi arvadını məhkəməyə verdi: məni döyür, cırmaqlayır, orqanlarımı əzir 

5 Fevral 2018 12:25

Türkiyədə qəribə hadisə baş verib. 1 ildir evli olan kişi məhkəməyə müraciət edib. O, xanımından şikayət ərizəsi yazıb. İzmirin Çeşmə qəsəbəsində yaşayan R.D 1 illik həyat yoldaşını məhkəməyə verib. O, ərizəsində bildirib ki, xanımı H.N.D onu döyür, üzünü cırmaqlayır, bədənini dişləyir, cinsiyyət orqanını əzir.

İspaniya sahillərində 16 miqrantın meyiti aşkarlandı

5 Fevral 2018 12:18

İspaniya sahillərində, Melilya limanı yaxınlığında 16 miqrantın meyiti aşkarlanıb. Onların hamısının Afrika ölkələrindən olduğu müəyyənləşib.

Terrorçu əsirdən şok etiraf

5 Fevral 2018 12:11

Azad Suriya Ordusunun Suriyada əsir götürdüyü İŞİD və PYD terrorçularının etirafları böyük marağa səbəb olub. Türkiyə sərhədindən 10-15 kilometr məsafədə yerləşən həbsxanada saxlanılan məhbuslardan biri YPG üzvü 37 yaşlı, 3 uşaq atası Sərbəs Hassan adlı şəxsdir. Hassan Afrində ASO-ya qarşı gedən döyüşlərdə boynundan yaralanıb və əsir götürülüb.

Sarkisyanın İrəvanı silkələyəcək APREL PLANI

5 Fevral 2018 12:00

“Ermənistan hökumətinin fəaliyyəti və strukturu haqqında” qanun layihəsi işğalçı ölkədə ciddi səs-küyə səbəb olub. Fevralın 1-də hökumətin iclasında bu qanun layihəsi bəyənilib. Qanun layihəsinə görə, Nazirlər Kabinetinin bir çox iclası bağlı qapılar arxasında keçiriləcək və ictimaiyyətə yalnız lazım bildikləri məlumatları verəcəklər. Bu məsələ Ermənistan ictimaiyyətində ciddi rezonans yaradıb. İctimai rəyə görə, Serj Sarkisyan ölkədə avtoritarizmdən diktaturaya keçid edir.