Dünya
Moskvada 100-dən çox reys təxirə salınıb
Moskvanın hava limanlarında qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar 100-dən çox reys ləngiyib. Məlumata görə, gecə saatlarında Moskvaya yağan qar səhərə yaxın daha güclənib. Nəticədə Şeremetyevo aeroportunda 54 reys təxirə salınıb. Domodedovo hava limanında isə 45 reys ləngiyib, 6 uçuş ləğv edilib.
Danimarkada Türkiyəyə dəstək aksiyası keçirildi
Danimarkanın paytaxtı Kopenhagendə Skandinaviya Türk Federasiyasının təşkilatçılığı ilə bu ölkədəki Türkiyə səfirliyinin qarşısında Türk Cəmiyyətləri Birliyinin mitinqi təşkil edilib. Bu barədə məlumat “OLAYLAR”-a Danimarkadakı “Vətən” Cəmiyyətindən daxil olub. Bildirilib ki, aksiyaTürkiyənin həyata keçirdiyi " Zeytun budağı " əməliyyatina dəstək və PKK terroristlərinin Danimarkadakı Türkiyə səfirliyinin qarşısında Türk Bayrağını təhqir etmələrinə etiraz məqsədi daşıyıb.
Güclü qar Moskvada həyatı iflic etdi - FOTO
İraq İŞİD-çiləri axtarışa verdi, Bağdadini “unutdu”
İraq hökuməti ən çox axtarılan cinayətkarların siyahısını dərc edib. Siyahıya 60 nəfər daxil edilib. Siyahıda İraqın eks-prezidenti Səddam Hüseynin qızı Raqadın da adı yer alıb. Raqadla bərabər, yeni siyahıya İŞİD-in 28 səhra komandiri, 12 rəhbəri və Ərəb Sosialist Oyanışı Partiyasının (BAAS) funksionerlərinin adı daxil edilib. Maraqlı məqam odur ki, yeni siyahıda İŞİD lideri Əbubəkr Bağdadinin adı yer almayıb.
Qrudin prezident seçilərsə, Donbası birləşdirəcək
Donbas Rusiyaya birləşdirilməlidir. Bunu Rusiya mətbuatına açıqlmasında Kommunist Partiyasından prezidentliyə namizəd Pavel Qrudin söyləyib.
FSB Həmidovu yoxlamağa başladı – Təcili
Dağıstan Baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Əbdüssəməd Həmidovun evində axtarış aparılır. Bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb. Yoxlamaları Rusiya Federal Təhlükəsizlik Xidməti həyata keçirir.
Ankara Afrində türk hərbçilərin ölümündə ABŞ-dan şübhələnir
Ankara Afrində 5 türk hərbi qulluqçunun ölümündə ABŞ-dan şübhələnir. Məlumata görə, Afrində Türkiyə tankının ABŞ istehsallı "Javelin" tank əleyhinə reaktiv kompleksindən vurulduğu müəyyən edilib.
Çində 53 maşın toqquşdu
Səhər saatlarında Çinin Yunnan vilayətində Kunmin-Çuçjou sürət şossesində 53 avtomobilin toqquşması ilə qəza baş verib. Məlumata görə, Sişan rayon administrasiyası qəza nəticəsində 4 nəfərin öldüyü barədə bildirib.
Putin bu detalı unudub: savaş başlayarsa... - Bekxuzen
Qərblə genişmiqyaslı müharibə Rusiya üçün əsl silkələnmə olacaq. Bunu Ukrayna mətbuatına açıqlamasında amerikalı ekspert Robert Bekxuzen söyləyib. Onun sözlərinə görə, Moskva son dövrlər aktiv şəkildə postsovet ordusunu yenidən dirçəldir: “Bu o deməkdir ki, Rusiya ordusu NATO ilə genişmiqyaslı müharibədə ona cavab verməyə hazırdır. Lakin bu savaş Rusiya üçün silkələnmə olacaq.
Amerikalı casusdan Türk ordusu və “dərin dövlət”lə bağlı SENSASİYALI ÇAĞIRIŞ
İstanbulda AĞIR QƏZA: 22 yaralı
"O səs Türkiyə"nin tarixində BİR İLK - Qalib BƏLLİ OLDU
Bu gün "O səs Türkiyə"nin qalibi müəyyən edilib. Dünən müsabiqənin final gecəsi baş tutub. Tamaşaçıların səsverməsi nəticəsində Gökhan Özoğuzun komandasından olan Lütfiye Özipek qalib gəlib. Yeri gəlmişkən qeyd edək ki, Lütfiye Özipək müsabiqə tarixində qalib gələn ilk qadın iştirakçısıdır.


.jpg)











