Dünya

Səddam Hüseynin qızı axtarışa verildi

5 Fevral 2018 09:14

İraqın hakimiyyət orqanları ilk dəfə axtarışda olan cinayətkarların siyahısını açıqlayıb. Siyahıda 60 şəxsin, o cümlədən keçmiş prezident Səddam Hüseynin İordaniyada olan böyük qızı Raqadın da adı var. Siyahıda İŞİD-in 28 səhra komandiri, "Əl Qaidə"nin 12 başçısı, Səddam Hüseynin devrilməsindən sonra 2003-cü ildə buraxılmış BƏƏS-in funksionerləri barədə informasiyalar və ittihamlar var.

Travma alan əsgərləri narkotiklə müalicə edəcəklər

4 Fevral 2018 20:13

Hollandiyada hərbi xidmət zamanı psixoloji travma alan hərbçilər ekstaz narkotik maddəsinin əsas tərkib hissəsi olan MDMA ilə müalicə ediləcək. Mütəxəssislərə görə, bu maddə insanları daha ünsiyyətcil edir, qorxu və panikanın qarşısını alır. MDMA sayəsində əsgərlər yaşadıqları travmanı rahat şəkildə dilə gətirirlər. Preparatdan istifadənin nəticələrini tədqiq edən şəxslərdən olan Leyden Universitetinin psixotravmatologiya mütəxəssisi Erik Vermetten bu dərmanın travma sonrası stress pozğunluğunu 83% müalicə etdiyini vurğulayır. Hollandiyalı mütəxəssis tədqiqatın son mərhələsində olduqlarını, nəticələrin müsbət çıxacağı təqdirdə 2021-ci ildə MDMA-in dərman kimi təqdim ediləcəyini qeyd edib.

Həyat yoldaşı növbəti dəfə Trampı utandırdı – VİDEO

4 Fevral 2018 20:11

Sosial şəbəkələrdə ABŞ-ın birinci xanımı Melaniya Trampın öz əri ilə birgə şəkil çəkdirməkdən imtina etdiyini göstərən kadrlar yayılıb. İnsident Florida ştatında Palm-Biç aeroportunda qeydə alınıb.

Ərdoğan: Rusiya ilə razılaşdıq

4 Fevral 2018 20:09

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın La Stampa nəşrinə müsahibəsində Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması ilə bağlı sövdələşməni şərh edib. Ərdoğanın sözlərinə görə, Rusiya tərəfi həm qiymət və ZRK-nın tədarük müddətləri, həm də birgə istehsalın başlanılması və texnologiyaların ötürülməsi ilə bağlı razılıq verib.

NATO komandanı c türk bayrağını endirmək istədi

4 Fevral 2018 20:05

Türkiyə ordusuna aid tankın Afrində vurulması nəticəsində şəhid olan Məhəmməd Cahangir Çubukçunun İzmirdə yerləşən ata evinə vətəndaşlar axın edib. Şəhidin evinin hər tərəfində, həmçinin evin qarşısında yerləşən NATO Qərargahının divarlarında türk bayraqları asılıb.

100 terrorçu öldürüldü

4 Fevral 2018 19:57

MOSSAD Abdullah Öcalanı qaçırtdı – ŞOK DETALLAR

4 Fevral 2018 19:55

1999-cu ildə Keniyada Yunanıstan səfirliyində gizlənən PKK terror təşkilatının lideri Abdulla Öcalanı Mossad tutub. İllər sonra bununla bağlı faktlar ortaya çıxıb. Keniya kəşfiyyatının adını açıqlamayan üzvü bildirib ki, Yuanıstan səfirliyinə əməliyyat Mossad tərəfindən həyata keçirilib. Onun sözlərinə görə, əməliyyatın kod adı "Oyanıq" (Watchful) idi.

Afrində mikro dronlar işə düşür - terrorçular gizlənə bilməyəcək - VİDEO

4 Fevral 2018 15:30

Türkiyə Silahlı Qüvvələri antiterror əməliyyatlarında "Black Hornet" mikro pilotsuz uçuş aparatından (PUA) istifadə etməyə başlayıb.  Türkiyə Xüsusi Qüvvələr Komandanlığının yayımladığı videoda "Black Hornet" mikro PUA nümayiş etdirilib. Helikopter dizaynında olan mikro PUA gecə-gündüz kəşfiyyat apara bilir. "Black Hornet" adi kamera ilə yanaşı gecə və pis hava şəraitində görüntünü təmin edən termal kamera ilə təchiz olunub. Mikro dronların çəkisi 18 qram, vintin diametri 120 millimetrdir. PUA-nın uzunluğu 10 sm, eni isə 2.5 sm təşkil edir.

Kəbənin açarı niyə qiyamətə qədər Türklərdə qalacaq? - TARİXİ FAKTLAR

4 Fevral 2018 15:22

Tarixdə Türklərlə bağlı elə sənədlər, elə tarixi faktlar var ki, hələ də dünya gücləri tərəfindən gizlədilir, araşdırılmasına imkan verilmir. Amma buna baxmayaraq, nə qədər gizlətməyə çalışsalar da zaman-zaman bu millət ona aid olan əmanətləri bir-bir geri alıb və alır... Erol Çalının "Kantura" adlı kitabında da belə faktlardan birinə rast gəldik. Olduqca maraqlı və müzakirəyə açılacaq bilgilərdir. Müəllif, burada həm də dərin qaynaqlara və mənəbəyə əsaslanır. (Oktan Keleş, Asa, 529-532; Kaynaklar: Sıhhaül Arabia, Tali.a.attar.Mısır 1956, 1.sh. 332; İbni Mansur Erbil Fazl Cemaleddin, Risatül Arap Bulak 1300. III. Sh. 122; El Yesui. İ.M El Müncid. Sh 339; Prf Dr. Zekeriya Kitapçı, Saadet Asrında Türkler, İlk Türk Sahabe, Tabiin ve Tebae Tabiller).

Azərbaycanlı milyarder ölülər üzərində ticarət mərkəzi tikdirir - FOTO

4 Fevral 2018 15:10

Rusiyada Sankt-Peterburq şəhəri qanunvericilik məclisinin “Yabloko” partiyasından olan deputatı Boris Vişnevskiy qubernator Georgi Poltavçenkodan keçmiş Farfor qəbristanlığının ərazisində aparılan tikintiyə görə növbədənkənar görüş istəyib. Sökülmüş “Sputnik” kinoteatrının yerində azərbaycanlı milyarder, “Konrad” şirkətlər qrupunun sahibi Vaqif Məmişova məxsus şirkət ticarət-əyləncə mərkəzinin tikintisini aparır.

Türkə təslim olan terrorçunun geyimində diqqət çəkən DETAL – FOTO

4 Fevral 2018 15:07

Afrində təslim olan bir terrorçunun sivil geyimdə yaxalanması terror təşkilaltının yalanlarını ortaya çıxarıb. Təhlükəsizlik üzrə mütəxəssis Abdullah Ağar sosial media hesabından təslim olan terrorçunun fotosunu paylaşıb. Abduallah Ağar açıqlamasında “Afrində təslim olan bir YPG/PKK-lı… Görüntülər iki məna daşıyır. Birincisi, terrorçuların təslim olmağa başlamaları, ikincisi, sivil geyinmiş və ya geyindirilmiş olmalarıdır”deyib.

İş yerində bu 11 cümlədənc istifadə etməyin!

4 Fevral 2018 15:04

Forbes.com iş yerində deyilməyəcək 11 cümləni müəyyənləşdirib. Bunlar aşağıdakılardır: 1. Bu, ədalətli deyil. 2. Biz bunu hər zaman belə etmişik. 3. Problem deyil. 4. Bu, axmaq bir fikir ola bilər, amma axmaq bir sual verəcəm.