Dünya
Qırğızıstan silkələndi
Afrində 932 terrorçu məhv edilib
Türkiyə ordusu Suriyanın Afrin şəhərində aparılan "Zeytun budağı" əməliyyatı çərçivəsində daha 32 terrorçunu məhv edib və öldürülən yaraqlıların sayı 932 nəfərə çatıb.
BMT-də seksual istismarlar baş alıb gedirmiş
Azərbaycandan olan kriminal avtoritet azadlığa çıxır - UKRAYNADA QALMAQAL - FOTO
"Bomj" onu yemək masasına dəvət edən qıza məktub uzatdı - Məktubu oxuyan qız...
Prezidentlər Rihannanı bölüşə bilmədi
Rihanna qatıldığı zirvə görüşündə çətin anlar yaşadı. Senegalda təhsil zirvəsinə qatılan dünya şöhrətli müğənni Rihanna Fransa prezidenti Makron və Senegal prezidenti Meki Sell tərəfindən paylaşıla bilməyib. Zirvəyə qatılan Seneqalda təhsilini inkişaf etdirmək istəyən Rihanna şık geyimi və Makronla olan səmimiyyəti ilə diqqətləri cəlb edib.
Pul ödəyə bilmədilər, qəbirdən çıxarıldılar
Meyidlərin sahibləri qısa bir zamanda gəlməsə, həmin mumyalar kimsəsizlər qəbiristanlığında dəfn olunacaq. Qvatemalada ölülərə qarşı “hörmətsizlik” baş alıb. Söhbət bu Mərkəzi Amerika ölkəsindəki pullu qəbiristanlıqlardan gedir. Qvatemalada bəzi ölən insanların yaxınları pullu qəbiristanlıqda qəbir kirayələyərək ölən qohumlarını mumiyaladaraq orada basdırırlar.
Kiyevdən Ərdoğana dəstək - Rusiyaya qarşı BİRLƏŞDİLƏR
Ukraynanın BMT-dəki nümayəndə heyəti BMT Təhlükəsizlik Şurasını qurumda islahatlar keçirilməsini, hər şeydən əvvəl veto hüququnun tətbiqinin prosedurlarının dəyişdirilməsini tələb edib. ununla bağlı məlumat Ukraynanın nümayəndə heyətinin bəyanatında deyilir. “Danışıqlar zamanı xüsusi diqqət veto hüququ və Təhlükəsizlik Şurasının işçi metodları kimi məsələlərə ayırmaq lazımdır”, - Nyu-Yorkda iclas zamanı Ukrayna missiyası vurğulayıb.
Bəşər Əsəddən Türkiyəyə JEST - Terrorçuların 7 şərtlik TƏKLİFİ RƏDD EDİLDİ
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatında ardıcıl zərbələr alan PKK-nın Suriya qolu PYD/YPG Dəməşq ilə razılaşmaq üçün cəhdlərini davam etdirir. PYD/YPG Suriya kəşfiyyatı ilə 9 dəfə birbaşa, 1 dəfə isə bölgədəki ərəb tayfalarının vasitəsilə görüşüb.
Türkiyə son qərarını AÇIQLADI - Terrorçuların kabusu DÖYÜŞƏ GİRİR
Suriyanın Afrin bölgəsində PYD/PKK terrorçularını 4 tərəfdən mühasirəyə alan və mühasirə halqasını getdikcə daraldan Türkiyə Silahlı Qüvvələri ilə Azad Suriya Ordusu çətin şəhər döyüşünə hazırlaşır. Təhlükəsizlik toplantılarında hazırlanan plana görə, şəhər döyüşlərində Müharibə Axtarış Qurtarma (MAK) ilə minalar və əl istehsalı partlayıcı qurğuların aşkarlanması və məhv edilməsi üzrə birliklərdən (METİ) istifadə ediləcək. MAK və METİ ölkənin cənubi-şərqində, xüsusilə Diyarbəkr vilayətinin Sur mahalında anti-terror əməliyyatlarında böyük nailiyyətlər qazanan birliklərdir.
7 günlük uşağı məscidin tualetinə atdılar - DƏHŞƏTLİ OLAY
Türkiyədə məscidin tualetindən 7 gün əvvəl doğulan uşaq tapılıb. Uşaq Eyubsultan mahalında Kapitan Paşa Məscidində aşkarlanıb. Uşağın tapıldığı yerə təcili yardım çağrılıb, tibb işçiləri uşağı müayinə edəndən sonra xəstəxanaya aparıblar. Uşaq reanimasiya şöbəsinə yerləşdirilib.
Bu ölkə məhv ediləcək - ABŞ-dan SENSASİYALI İDDİA
Ağ Evin əməkdaşlarından biri Konqresə keçiriləcək seçkilərdə administrasiyaya kömək etmək üçün Koreya Xalq Demokratik Respublikasına zərbələr endirməyi təklif edib. Bu haqda Cənubi Koreyanın “Hankyoreh” qəzeti yazıb.
Ata və iki qızı helikopter qəzasında öldü
Kanadanın Kvebek əyalətində helikopter qəzası baş verib. Əyalət polisinin açıqlmasında qəza nəticəsində 3 nəfərin öldüyü bildirilib. Məlumata görə, hadisə nəticəsində ölənlər helikopterin pilotu Jan Klaud Mailhot ilə qızları Canie Mailhot və Natalie Mailhotdur.
Almaniya Türkiyədə çevrilişin təşkilatçılarına sığınacaq verdi
Almaniya 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhdin təşkilatçılarından olan 4 hərbçiyə siyasi sığınacaq verib. Bu barədə "Spiegel" jurnalı yazıb. Bildirilir ki, onlar dövlət çevrilişinə cəhdin təşkilatçılarından hesab edilirlər. Həmin şəxslər arasında Ankara Hərbi Akademiyasının polkovniki İlham Polad da var. Türkiyə daha əvvəl Poladı dövlətə xəyanətdə və terror təşkilatı ilə əlaqədə ittiham edib.














