İstanbulda AĞIR QƏZA: 22 yaralı

İstanbulda metrobusun Haramidərə stansiyasında baş vermiş qəzada 22 nəfər xəsarət alıb. Onların bir qismi stansiyada dayanan insanlar olub.

Qəza Bəylik düzü - Cevizlibağ xətti ilə hərəkət edən metrobusun Haramidərə stansiyasında dayanmış digər metrobusa çırpılması nəticəsində baş verib. Yaralılar xəstəxanalara çatdırılıb, onlardan dördünün vəziyyəti ağırdır. (Azərtac)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31