Dünya
Liviyada məscid yaxınlığında PARTLAYIŞ - Ölənlər var
Liviyanın Benqazi şəhərində güclü partlayış baş verib. Məlumata görə, partlayış məscidin yaxınlığında qeydə alınıb. Son məlumata görə, partlayış nəticəsində 8 nəfər həlak olub. Yaralılar barədə hələ məlumat verilməyib.
Müəllim şagirdin ağzına "skoç" yapışdırdı
Sankt-Peterburqda prokurorluq orqanları orta məktəblərdən birində müəllimin şagirdin ağzını "skoç"la bağlaması ilə bağlı araşdırma aparırlar. Prokurorluqdan bildirilib ki, müəllimin hərəkətinə hüquqi qiymət veriləcək və lazımı tədbirlər görüləcək.
Amsterdamda turistlərə yeni qadağalar qoyuldu
Amsterdam hakimiyyəti "Qırmızı işıq" rayonuna səfər qaydalarını dəyişib. Məlumata görə, bu barədə şəhər bələdiyyəsinin saytında bildirilib.
Yekun qərar İrəvan və Bakının əlindədir - Rusiya
Nə Rusiyanın, nə Fransanın, nə də ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret resepti ola bilməz. Bunu Rusiyanın Ermənistandakı səfiri İvan Volıkin tert.am-a müsahibəsində bildirib.
Putinin yeni post-sovet PLANI İŞƏ DÜŞÜR: 18 martdan sonra İrəvanı alt-üst edəcək SSENARİ
2018-ci il 18 mart tarixində Rusiyada keçiriləcək prezident seçkilərindən sonra Vladimir Putin post-sovet məkanında fəallaşacaq. Qərb ekspertləri Ukrayna və Yaxın Şərqdə “ilişən” Rusiyanın post-sovet məkanına qayıdacağını hesab edirlər. İddialara görə, Kreml post-sovet məkanında yeni müdaxilələrə əl ata bilər. Xüsusilə post-sovet məkanında respublikalar Avrasiyaya inteqrasiyada həvəssiz davranırlar. Misal üçün, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Mərkəzi Asiyanın beş ölkəsi adından ABŞ prezidenti Donald Trampdan regionda təhlükəsizliyin qorunmasına diqqət ayırmasını xahiş etdi. Ukrayna və Moldovanın Rusiyanın orbitinə qayıtması ehtimalı artıq aradan qalxıb. Belə vəziyyətdə ekspertlər Rusiyanın Cənubi Qafqaza yönələcəyini hesab edirlər. İddialara görə, Rusiya Cənubi Qafqazda yeni müharibəni alovlandıra bilər.
Rusiya strateji məğlubiyyətə uğradı - Putinin ehtiyat etdiyi İKİ FAKTOR
“Rusiya Ukraynada strateji məğlubiyyətə uğradı. İndi Kreml Qərblə, hər şeydən əvvəl ABŞ-la barışığa getməyə çalışır”. Bunu Ukraynanın “Apostrof” nəşrinə müsahibəsində Rusiya politoloqu Liliya Şevsova bildirib. “Rusiya yalnız “Novorossiya” konsepsiyasından (Ukraynanın cənub və şərqinin faktiki zəbtini nəzərdə tutan layihə - “Apostrof”) imtina etməyə məcbur olmadı, həm də başqa Avropa ölkələrinin daxili işlərinə müdaxilə konsepsiyasından imtina etdi. Suriya poliqonunda Rusiyanın “qələbəsi” də həmçinin qələbə kimi görünmür”, - politoloq deyib.
ABŞ-ın sanksiyaları Rusiyaya necə təsir edəcək?
Birləşmiş Ştatların Maliyyə Nazirliyinin bir müddət əvvəl yaymış olduğu “Kreml hesabatı” ətrafında gərginlik davam etməkdədir. Kifayət qədər geniş spektri əhatə edən bu hesabat həm Kreml rəhbəri, həm də onun yaxın ətrafı üçün xoş heç nə vəd etmədiyi göz önündədir. Elə bu səbəbdəndir ki, məhz “Kreml hesabatı” deyilən sənədin yayılmasından sonra Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə yaxın əlaqələrə malik olan iş adamlarının ciddi təşviş keçirdiyi, öz miraslarını qorumaq üçün müxtəlif yollar axtardığı bildirilir.
Erməni saxtakarlıqları zirvə nöqtəsində
Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindəki təbii sərvətləri talamaq, onu mənimsəməklə yanaşı, zəngin tarixi mənbələri, abidələri də ya özününküləşdirmək, ya da məhv etmək istiqamətində öz məkirli fəaliyyətini davam etdirir. Vəziyyət o həddə çatıb ki, işğalçı ölkə hətta qədim Alban dövlətinə məxsus tarixi-mədəni abidələri də erməniləşdirməyə çalışırlar. Hər nə qədər ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərinə qarşı beynəlxalq səviyyədə mübarizə aparılsa da, lakin qarşı tərəf də öz növbəsində məkirli yalanlarını davam etdirir.
SEPAH hökumətlə savaşa başlayır: borc qalmaqalı
İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iqtisadi fəaliyyətinə qadağa qoyulması yenidən geniş müzakirələrə səbəb olub. İran Prezidenti Həsən Ruhani dünənki çıxışı zamanı yenidən SEPAH-ı iqtisadi sahədən çəkilməyə çağırıb.
Avropa Parlamenti yay-qış vaxtına keçidin əleyhinədir
Avropa Parlamenti yay və qış vaxtından imtina edilməsi ilə bağlı Avropa Birliyi ölkələrinə çağırış edib. Məlumata görə, aparılan araşdırmalarda yay-qış vaxtına keçidin hər hansı bir müsbət təsirinin olmadığı öz əksini tapıb.
Dünyada ilk dəfə insan yumurtası yaradıldı
Laboratoriya mühitində ilk insan yumurtası yaradılıb. Şotlandiyada Edinburq Universitetinin tədqiqatçıları qadınlardan alınan yumurta hüceyrəsini ilk dəfə yumurtalığın xaricində yetişdiriblər. Araşdırmanın nəticələri barədə məlumat Molecular Human Reproduction jurnalında verilib. Qadınlar doğularkən onların yumurtalığında yumurta hüceyrələri olur və bu yumurtalar qadın yetkinlik yaşına çatanda inkişaf edir. Alimlər həmin yetişməmiş hüceyrələri götürüb, laboratoriya mühitində, oksigen səviyyəsi, hormonlar və protein cəhətdən insan bədənindəkinə bənzər mühit yaratmaq şərti ilə yetişdiriblər.
Ən gözəl ağ brilyant satılır
Dünyanın ən gözəl və nadir ağ brilyantı Londondakı "Sotheby's" hərracında satışa çıxarılıb. Satışlar "Sotheby's"in Bond-Stritdəki butikinin fəaliyyətə başlamasının ildönümü ilə bağlıdır. 102,34 karatlıq ağ brilyant Botsvanada tapılmışdı. Onun rəngi "D" kimi, yəni "şəffaf, rəngsiz təsir bağışlayan mavi-ağ" təki dəyərləndirilir. Britaniya taxt-tacının varidatı sayılan məşhur "Kullinan" və "Kohinur" brilyantları təki bu brilyant da dünyada "2A tipi" təki tanınan və bütün almaların cəmi 2 faizini təşkil edən nadir qrupa daxildir.
Futbolçunun klub prezidenti ilə yataq FOTOları yayıldı - RÜSVAYÇILIQ
Paraqvayda birinci liqdə oynayan "Rubio Nu de Luque" klubunda baş verənlər dünya gündəmini ələ alıb. Klubda forma geyinən Bernardo Qabriel Kaballero ilə klub prezidenti Antonio Qonzalezin "sevgili" olduqları üzə çıxıb. Cütlüyün yataqda çəkilən görüntülərinin mətbuata sızması büyük qalmaqalı ortaya çıxarıb.
Elektron siqaret çəkənlərin nəzərinə — TƏHLÜKƏLİDİR
Londonun "Kraliça Mariya" universitetinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar. Nəticələrə əsasən, bəzi elektron siqaretlər pnevmaniya (ağ ciyər iltihabı) xəstəliyinə yoluxma riskini artırır.
Kreml ABŞ prezidentinə təsir üçün nə qədər pul xərcləyib?
ABŞ Federal Təhqiqatlar Bürosunun informatoru Konqresə Moskvanın ABŞ-ın eks-prezidenti Barak Obama və keçmiş dövlət katibi Hillari Klintona təsir etməsi üçün lobbist firmalara milyonlarla dollar verdiyini açıqlayıb.














