Dünya
16 saat avtonom işləyən son dərəcə təhlükəsiz noutbuk təqdim edilib
“Panasonic” şirkəti xüsusi xidmət orqanlarının əməkdaşları, hərbçilər, yanğınsöndürənlər və nəqliyyat işçiləri üçün nəzərdə tutulmuş “Toughbook” noutbuklar seriyasına məxsus yeni model təqdim edib. Yeni noutbuk planşetə çevrilə bilir.
Bitkoinlərdən istifadə nəticəsində həyata keçirilən əməliyyatların 44%-i qanunsuz fəaliyyətlə bağlıdır
Bitkoinlərdən istifadə nəticəsində həyata keçirilən əməliyyatların 44%-i qanunsuz fəaliyyətlə bağlıdır. Sidney Universitetinin maliyyə və iqtisadiyyat sahəsi üzrə iki mütəxəssisi və Riqa Stokholm İqtisad Məktəbinin alimi belə qənaətə gəliblər.
Dünyada ən güclü prosessor buraxılıb
“Intel” şirkəti 14 modelin daxil olduğu “Xeon D-2100” prosessorlarının yeni istehsal xəttini təqdim edib. Seriya çipləri məlumatları rəqib modellərlə müqayisədə 8 faiz tez emal edir.
Planetlərin "parad"ı başladı
Dünəndən səmada planetlərin düzülüşü başlayıb. Göydə ardıcıllıq üzrə Saturn, Mars və Yupiter Merkuri düzülüb. Rusiya ərazisindən bu mənzərəni daha aydın şəkildə müşahidə etmək olar. Təbiət hadisəsi fevralın 11-nə kimi davam edəcək.
İŞİD qumara girişdi – Çarəsizlik
Suriya və İraqda nəzarətində olan enerji resurslarını əldən verən və qeyri-qanuni neft gəlirlərindən məhrum olan İŞİD yeni gəlir mənbələri əldə etmək üçün onlayn qumar saytlarına müraciət edib.
"Alfa" döyüşçüləri Saakaşvilinin qaldığı otelə girdilər
Mixeil Saakaşvilinin müttəfiqi olan David Sakvarelidze bildirib ki, Saakaşvilinin qaldığı otelə xüsusi təyinatlılar giriblər.
ABŞ-Türkiyə münasibətlərində növbəti gərginlik
Son dövrlərdə getdikcə korlanan Türkiyə-ABŞ münasibətlərində gərginlik yenidən yüksəlib. Buna səbəb Türkiyədə FETÖ üzvlüyündə təqsirləndirilərək həbs edilmiş Sərxan Kölgə barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyertin açıqlaması olub.
Tiflisdə iranlı killer yaxalandı
Tiflisdə iranlı killer hüquq-mühafizə orqanları tərəfindən ələ keçirilib. Gürcüstan Daxili İşlər Nazirliyi ələ keçirilən şəxsin 1964-cü il təvəllüdlü olduğunu bildirib. Killerə qarşı əməliyyata həmçinin Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin Əkskəşfiyyat Departamenti də qoşulub.
Zorlanan 12 yaşlı qızdan TÜKÜRPƏDƏN AÇIQLAMA: Onu qardaşım bilirdim
Türkiyənin Bolu şəhərində qonşusunun 12 yaşlı qızını zorladığı iddiasıyla həbs olunan 21 yaşlı Erkan K.-nın 8 ilə qədər həbsi məsələsi qaldırılıb. Erkan ifadəsində ittihamları rədd etsə də, azyaşlı qız ifadəsində zorlandığını və "Anana demə, öldürərəm" sözləri ilə təhdid edildiyini bildirib.
ABŞ-dan Rusiyaya qarşı ŞOK ADDIM: toqquşma yaxınlaşır
ABŞ Suriyada Rusiyaya qarşı toqquşmaya səbəb olacaq addım atıb. Rusiya ordusu əsgərlərin ABŞ-ın rəhbərliyi altındakı koalisiyanın dəstəklədiyi qüvvələrin olduğu şərq tərəfə keçə bilməsi üçün sentyabr ayında Deyr-ez-Zor şəhəri yaxınlığında Fərat çayı üzərində 210 metrlik körpü inşa edib. Lakin yanvarın 6-da şiddətli yağışların yağmamasına baxmayaraq, çay qəfil daşıb və körpü sıradan çıxıb. Rusiyanın “Krasnaya Zvezda” qəzeti yazır ki, bunu ABŞ bilərəkdən edib.
Saakaşvilinin həbs xəbəri yalan çıxdı - Açıqlama
Ukraynanın Təhlükəsizlik Xidməti orqanları Odessa əyalətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin “Alfa” xüsusi təyinatlı dəstələri tərəfindən saxlanılması xəbərini təkzib edir. Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat katibi Yelena Qitlyanskaya danışıb. “İnformasiya həqiqəti əks etdirmir”, - Qitlyanskaya deyib.
Cənubi Koreya prezidenti Kim Çenin bacısı ilə görüşdü
Cənubi Koreya Prezidenti Mun Çje İn ilk dəfə olaraq Şimali Koreya lideri Kim Çen İnin bacısı Kim Yo Çenlə görüşüb. Bu barədə “Asoşeyted Press” informasiya yayıb. Onlar Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunlarının açılış mərasimində görüşüblər.
Putin: Qərb axırda özü sanksiyalardan bezəcək
Ümid edirəm ki, Qərb ölkələri Rusiyaya qarşı sanksiyaların tətbiqindən bezəcək. Bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Sənaye və Sahibkarlar İttifaqının qurultayında çıxışı zamanı söyləyib.
Tiflisdən Saakaşvili açıqlaması: Həbs ediləcək...
Mixail Saakaşvili Kiyevdən Tiflisə ekstradisiya olunsa, həbs ediləcək. Bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze söyləyib. “Bizim ölkədə onun dəstəyi zəifdir. Siyasi baxımdan bizi Saakaşvilinin Gürcüstan və Ukraynada olacağı maraqlandırmır”, – deyə o bildirib.
Ukrayna 65 dollarlıq birdəfəlik vizalar təqdim edəcək
Ukrayna 65 dollar dəyərində birdəfəlik elektron viza tətbiq etməyi planlaşdırır. Bunu "Avropa Pravda"ya müsahibəsində ölkənin Xarici İşlər Nazirliyinin Konsulluq Xidmətinin direktoru Sergey Poqoreltsev bildirib.














