İŞİD qumara girişdi – Çarəsizlik

Suriya və İraqda nəzarətində olan enerji resurslarını əldən verən və qeyri-qanuni neft gəlirlərindən məhrum olan İŞİD yeni gəlir mənbələri əldə etmək üçün onlayn qumar saytlarına müraciət edib.

Suriya və İraqda nəzarətində olan enerji resurslarını əldən verən və qeyri-qanuni neft gəlirlərindən məhrum olan İŞİD yeni gəlir mənbələri əldə etmək üçün onlayn qumar saytlarına müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya danışıb.

"2017-ci ilin sonunda terror qruplaşması 2 milyon dollardan daha az neft və qaz gəliri əldə edib. İŞİD-in Yaxın Şərqdəki ümumi gəliri isə 3 milyon dollara qədər azaldı. Suriya ilə ortaq sərhədə malik ölkələrdən birində fəaliyyət göstərən İŞİD-in cinayət ortaqları saxta internet mağazalarından istifadə edərək insanların pullarını oğurlayır. İŞİD üzvləri də onlayn qumar oyunlarından gəlir əldə etməkdən qorxmurlar", - Nebenzya bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31