Dünya

Lavrov: "Britaniya digər ölkələri də rus diplomatları qovmağa səsləyir"

24 Mart 2018 14:00

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov keçmiş rus casusu Sergey Skripalin zəhərlənməsilə bağlı Böyük Britaniya tərəfdaşlarından özlərinin etdiyi kimi rus diplomatlarını deportasiya etməyi tələb etdiyini ancaq həmin ölkələrin reallıq hissi əsasında qərar aldığını bildirib.

Marsdakı “qəzəbli yadplanetli başı”

24 Mart 2018 13:46

Tanınmış ufoloq Skott Uorinq NASA-nın paylaşdığı Mars şəkillərindən birində nəhəng “qəzəbli yadplanetli başı” tapdığını iddia edib.

Türkiyə Ordusu Afrində son 5 yaşayış məntəqəsini azad edir

24 Mart 2018 13:40

Türkiyə Silahlı Qüvvələri (SQ) Afrin bölgəsində son 5 yaşayış məntəqəsində "Zeytun budağı" əməliyyatını davam etdirir. Məlumata görə, bunu Türkiyə SQ Baş Qərargahının rəisi Hulusi Akar deyib.

Elbrus dağında qar uçqunu

24 Mart 2018 13:37

Qafqaz dağlarının ən hündür zirvəsi olan Elbrus dağının ətəyində qar uçqunu baş verib. Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.  Uçqun dağın ətəyindəki avtomobil dayanacağına düşüb.

ABŞ bu insanları axtarır: Hamısı iranlıdır

24 Mart 2018 12:45

ABŞ yüzlərlə yerli və xarici universitetlərlə yanaşı, özəl şirkətlər, dövlət qurumları, 8 min professorun şəxsi hesablarına daxil olan hakerlərlə bağlı araşdırmaya başlayıb.

Fransada silsilə hücumlarla bağlı 1 nəfər saxlanılıb

24 Mart 2018 11:27

Fransanın cənubunda silsilə hücumların araşdırılması çərçivəsində bir nəfər saxlanılıb. Məlumata görə, bu barədə Paris şəhərinin prokuroru Fransua Molens bildirib.  F.Molens silsilə hücumların Karkasonda yaşayan 26 yaşlı mərakeşli Reduan Lakdim tərəfindən törədildiyini təsdiq edib.

20 Avropa dövləti diplomatlarını Rusiyadan geri çağırmaq fikrindədir

24 Mart 2018 11:16

Avropanın 20 dövləti "Sripal işi"nə görə, rusiyalı diplomatları ölkəsindən göndərməyə hazırdır. "The Times" xəbər verir ki, Rusiyaya qarşı tədbirlər martın 26-da həyata keçiriləcək.

İtkin düşən Türkiyə əsgərlərinin cəsədi tapıldı

24 Mart 2018 11:13

Türkiyə ordusunun "Zeytun budağı" əməliyyatı zamanı şəhid olan iki türk əsgərinin cəsədi tapılıb. Əməliyyat zamanı Türkiyə ordusunun əsgərləri - Kaan Usta və Məhməd Muradoğlu itkin düşmüşdü. Hava şəraitinin əlverişli olmaması səbəbindən onların cəsədləri tapılmamışdı. Türk ordusu Afrində nəzarəti tam ələ keçirəndən sonra sözügedən şəhidlərin cəsədləri tapılıb.

Perunun yeni prezidenti məlum olub

24 Mart 2018 11:08

Perunun yeni prezidenti məlum olub. Məlumata görə, ölkənin birinci vitse-prezidenti Martin Viskarra prezident vəzifəsinə təyin olunub.

PKK-dan Türkiyəyə qarşı hiylə: Sincar oyunu...

24 Mart 2018 10:58

Bir müddət əvvəl PKK terror qruplaşmasının İraqın Sincar bölgəsindən çəkilməsi ilə bağlı yayılan xəbərlərin dünya ictimaiyyətini aldatmaq, gözündən pərdə asmaq məqsədi daşıdığı iddia edilib.

Qorxunc rəqəm: 124 milyon insan ölümlə üz-üzə

24 Mart 2018 10:57

Dünyada yaşanan savaşlara, qarşıdurmalara görə aclıq səbəbindən ölüm riski son iki ildə 55 faiz artıb. Bu sözləri BMT-nin Dünya Qida proqramının icraçı direktoru Devid Besli söyləyib.

“YouTube”-dan yeni addim - Bu videolara senzura qoyulacaq

24 Mart 2018 10:46

"Youtube" videoportalı odlu silahlarla bağlı videolara əlavə məhdudiyyətlər qoyacaq. "Google"a məxsus olan "YouTube"un tətbiq edəcəyi məhdudiyyət çərçivəsində odlu silahlar, səsboğucuların düzəldilməsi və montajı barədə məlumatların yer aldığı videolara əngəl yaradacaq.

Türkiyədə ağır yol qəzası: 4 ölü, 27 yaralı

24 Mart 2018 10:43

Türkiyənin mərkəzi vilayəti Aksarayda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtobusun yoldan çıxaraq aşması nəticəsində 4 nəfər ölüb, 27 nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.  Sərnişinlərin hamısı Türkiyə vətəndaşıdır.