Lavrov: "Britaniya digər ölkələri də rus diplomatları qovmağa səsləyir"
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov keçmiş rus casusu Sergey Skripalin zəhərlənməsilə bağlı Böyük Britaniya tərəfdaşlarından özlərinin etdiyi kimi rus diplomatlarını deportasiya etməyi tələb etdiyini ancaq həmin ölkələrin reallıq hissi əsasında qərar aldığını bildirib.
24 Mart 2018 14:00 DünyaRusiya Xarici İşlər Naziri Sergey Lavrov keçmiş rus casusu Sergey Skripalin zəhərlənməsilə bağlı Böyük Britaniya tərəfdaşlarından özlərinin etdiyi kimi rus diplomatlarını deportasiya etməyi tələb etdiyini ancaq həmin ölkələrin reallıq hissi əsasında qərar aldığını bildirib. Başda Fransa, Polşa və Baltikyanı ölkələri olmaq üzrə bəzi ölkələrin Salisbury hücumu ilə bağlı səfirlərini geri çağıracağı xəbərlərini dəyərləndirən Lavrov, "İngilislər bütün dünyanı gəzərək tərəfdaşlarından onları təqib etmələrini tələb edir. Hər bir ölkə qərarını öz anlayışı, reallıq hissi, heysiyyəti əsasında alır", bildirib. Lavrov həmçinin ABŞ prezidenti Donald Trampın yeni Milli Təhlükəsizlik Müşaviri olaraq Con Bolton təyin etməsinə münasibət bildirib.
Rus nazir Con Boltonun heç şübhəsiz sərt bir diplomat və siyasətçi olduğunu diqqətə çatdırıb: "Əlbəttə, ABŞ prezidenti Donald Trampın müəyyənləşdirdiyi siyasəti aparacaq", - deyə Lavrov qeyd edib. A24.Az xarici mediaya istinadən xəbər verir.