ABŞ bu insanları axtarır: Hamısı iranlıdır

ABŞ yüzlərlə yerli və xarici universitetlərlə yanaşı, özəl şirkətlər, dövlət qurumları, 8 min professorun şəxsi hesablarına daxil olan hakerlərlə bağlı araşdırmaya başlayıb.

ABŞ yüzlərlə yerli və xarici universitetlərlə yanaşı, özəl şirkətlər, dövlət qurumları, 8 min professorun şəxsi hesablarına daxil olan hakerlərlə bağlı araşdırmaya başlayıb. Ölkənin Ədliyyə Nazirliyi tərəfindən hazırlanan iddianamədə, günahlandırılan 9 iranlının birbaşa İran hökumətinə bağlı və İran İslam İnqilab Keşikçilərinə xidmət etdiyi bildirilir.

İran İslam İnqilab Keşikçiləri ilə əlaqədə günahlandırılan 9 şübhəlinin ABŞ-da və xaricdə təxminən 320 universitetin kompüter sistemlərinə girmək və elm və mühəndislik araşdırmalarını oğurlamaq üçün kiber hücuma hazırlaşdıqları qeyd olunur. Publika.az xarici mediaya istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31