Dünya

İrem Dericini ağladan sürpriz

23 Mart 2018 21:14

Müğənni İrem Dericinin ötən gün 31 yaşı tamam olub. İfaçıya yaxın dostu, müğənni Mustafa Ceceli sürpriz edib. O, İremin səsyazma studiyasına tort gətirib. Studiyaya daxil olan Derici tortu və üzərində yanan şamları görərək göz yaşlarına hakim ola bilməyib.

İranlı hakerlər BMT və ABŞ hökumətinin serverlərini qırıblar

23 Mart 2018 21:11

İranlı hakerlər BMT və ABŞ hökumətinin serverlərini qırıblar.  Bunu Nyu-York ştatının Cənub dairəsinin prokuroru Ceffri Berman deyib. "Əmək Nazirliyi, BMT və Energetikanın tənzimlənməsi üzrə federal komissiya onların qurbanı olub", - deyə RİA "Novosti" Bermanın sözlərini sitat gətirib.

Adriana Lima İstanbulda sevgilisinin ailəsi ilə tanış oldu 

23 Mart 2018 18:44

Dünya şöhrətli model sevgilisi Adriana Lima yəhudi əsilli türk sevgilisi Metin Haranın ailəsi ilə tanış olmaq üçün İstanbula gəlib. Model Amerika tətillərindən sonra Türkiyəyə gəlib. Bu yaxınlarda Adriana Limanın ailəsi ilə tanış olan Hara bu dəfə sevgilisini öz ailəsinə təqdim edib. Adriana Lima ilə Metin Hara dünən axşam ailələri ilə birlikdə restoranda yemək yeyib.

Türkiyə Şimali İraqa uçuş qadağasını ləğv etdi

23 Mart 2018 18:36

Türkiyədən Şimali İraq Kürd Muxtariyyətinə qoyulan uçuş qadağası aradan qaldırılıb. Bu barədə Türkiyənin Baş naziri Binəli Yıldırım danışıb. “Şimali İraqa uçuşlar üçün hava sahəmizi bu gün etibarı ilə açırıq. Ərbilə uçuş qadağası aradan qaldırıldı”, – Binəli Yıldırım deyib.

Daha iki ölkə Rusiyadan İMTİNA EDİR

23 Mart 2018 18:31

İngiltərədən sonra daha iki ölkə Rusiya diplomatlarını ölkədən çıxarmaq barədə qərar verib. İngiltərə və Rusiya arasında casus böhranı digər ölkələrlə də münasibətlərə təsir edir.

Hadisə haqqında ŞOK İDDİA

23 Mart 2018 18:30

Müğənni Hadisə haqqında inanılmaz iddia irəli sürülüb. İfaçı 2 il sahibkarlığını etdiyi çimərliyin sahibinə olan 1 milyon 900 min TL (təxminən 950 min manat) borcunu ödəməyib. Çimərliyin keçmiş sahibi Hadisəni məhkəməyə verib. Bundan sonra Hadisə borcunun yarısını ödəyib.

İŞİD-dən Fransa paytaxtına hücum - 3 ölü, 12 yaralı (YENİLƏNİR)

23 Mart 2018 18:26

Treb şəhərində supermarketə hücum nəticəsində ölənlərin sayı 3-ə çatıb. Şəhərin merinin sözlərinə görə, həlak olanlardan biri supermarketdə işləmiş qəssabdır. İkincisi müştəri, üçüncü qurban isə, ilkin məlumatlara görə, cinayətkar tərəfindən oğurlanmış avtomobilin sərnişinidir.

Türkiyə kəşfiyyatı: Ölkəyə iki minə yaxın terrorçu daxil olub

23 Mart 2018 16:33

Türkiyə kəşfiyyatı ölkə ərazisinə İraqın şimalından iki minə yaxın terrorçunun daxil olduğunu bildirib. PKK terror təşkilatına mənsub şəxslərin Türkiyəyə daxil olması barədə məlumatlar Silahlı Qüvvələrə ötürülüb.

Ağrıyla getdiyi xəstəxanada həyatının şokunu yaşadı - "İllərdir bunu hiss edirdim, amma ..." 

23 Mart 2018 15:07

Konyada 21 yaşlı II kurs tələbə Şerife Şimşek 2 il öncə apendisit ağrısıyla getdiyi həkimdə ürəyi və solda olmalı bəzi orqanlarının sağda olduğunu öyrənib.