Dünya

Putin və Ərdoğan Suriyada yaranmış vəziyyəti müzakirə edəcəklər

23 Yanvar 2019 11:49

Rusiya prezidenti Vladimir Putin çərşənbə günü Kremldə türkiyəli həmkarı, 2019-cu ildə ilk xarici səfərini Rusiyaya edərək bu ölkəyə bir günlük işgüzar səfərə gələcək Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq. Kremlin mətbuat xidməti dövlət başçılarının Suriya probleminin nizamlanmasını müzakirə edəcəyini bildirib.