Payn: Fiko Aİ-ni Ukrayna üzrə sülh danışıqlarında təmsil edə bilər-ÖZƏL

Amerikalı hərbi tarixçi və milli təhlükəsizlik eksperti Devid Payn Slovakiyanın Baş naziri Robert Fikonun Ukrayna üzrə sülh danışıqlarında Avropa İttifaqını təmsil etmək üçün ən uyğun namizəd olduğunu bildirib. Olaylar.az xəbər verir ki, Payn bu barədə "X" sosial şəbəkəsində yazıb. O, Macarıstanın keçmiş Baş naziri Viktor Orbanın da bu rol üçün uyğun namizəd ola biləcəyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31