Saakaşvili: "Poroşenkonu hakimiyyətdən o qovacaq"

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukrayna prezidentliyinə namizəd, Batkivşina Partiyasının sədri Yuliya Timoşenkonu gələcək prezident seçkisində dəstəkləyəcəyini bildirib.

Saakaşvili Ukrayna vətəndaşlığının əlindən alınmasından sonra Timoşenkonun onu dəstəkləyən ilk şəxslərdən biri olduğunu deyib.

Saakaşvili 2008-ci ildə Rusiya ilə Gürcüstan arasındakı savaş zamanı Tiflisə məhz Timoşenko hökumətinin dəstək göstərdiyini də xatırladıb.

O, Timoşenkonun prezident Poroşenkonun "banda"sını hakimiyyətdən qovacağına ümid etdiyini vurğulayıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31