Aİ tərəfdaşlarını Ukraynaya maliyyə dəstəyini artırmağa çağırır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa İttifaqı 2027-ci ildə Ukraynanın yaranacaq təxminən 70 milyard avroluq büdcə kəsirini bağlamaq üçün Böyük Britaniya, Kanada və Yaponiyanı maliyyə dəstəyini artırmağa inandırmağı planlaşdırır. "Guardian" qəzetinin yazdığına görə, hazırda Kiyevin maliyyə ehtiyaclarının təxminən 80%-ni Aİ və ona üzv ölkələr qarşılayır və artıq 90 milyard avroluq kredit razılaşdırılıb. Büdcə yükünün artması fonunda avropalı müttəfiqlər tərəfdaşlardan əlavə vəsait cəlb etməyə ümid edirlər.

Kil Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, Ukraynaya edilən yardımın ÜDM-dəki payı ölkələr üzrə kəskin fərqlənir: bu göstərici Böyük Britaniyada 0,86%, Fransada 1,1%, Almaniyada 1,5% olduğu halda, Danimarkada 4,2%, Estoniyada isə 3,8% təşkil edir. Əlavə dəstək məsələsinin noyabrın 20-də keçiriləcək Aİ-Böyük Britaniya sammitində müzakirəsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31