Hindistan şirkətləri Azərbaycanda 2 sahəyə yatırım edəcək
13:53 SiyasətHindistan şirkətləri Azərbaycanda neft və energetika sektoruna invesitisiyaya maraq göstərir.
Bu barədə cümə günü Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankar Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, ikitərəfli ticarət və investisiyalarımızın daha da genişləndirilməsi üçün çox yaxşı imkanlar mövcuddur.
"Bu gün biz razılaşdıq ki, neft və energetika sektoruna invesitisiyaları daha da dərinləşdirməyə, həmçinin digər sahələri də genişləndirməyə baxmalıyıq",- deyə nazir əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31