Paşinyan yeni “Metsamor” arzulayır, amma...
23 Yanvar 2019 12:05 DünyaErmənistan hökuməti yeni atom elektrik stansiyasının tikintisi üçün imkanlar axtarır.
Bunu "RİA Novosti"agentliyinə açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, Ermənistan bu məsələdə Rusiya, Avropa və Çinlə əlaqə yaradır:
"Bu məsələ təkcə fiziki tikintiylə bağlı deyil. Vacib olan investisiya, maliyyələşmə tapılmasıdır. Hələlik mən konkret heç nə deyə bilmərəm. Bu məsələni biz digər potensial tərəfdaşlarımızla müzakirə edirik. Atom energetikası Ermənistan üçün vacibdir. Hazırda əsas məsələ Ermənistandakı AES-in istismar müddətinin uzadılmasıdır".
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31