Venesuelada nümayişçilərə hücum etməyi planlaşdıran qruplaşma zərərsizləşdirilib

Venesuelanın Milli Silahlı Qüvvələri üzvləri bugünkü nümayiş iştirakçılarına hücum etməyi planlaşdıran qruplaşmanı zərərsizləşdirib.

Suliya ştatının qubernatoru Omar Prieto qruplaşma üzvlərindən birinin öldürüldüyünü, digərinin isə axtarıldığını bildirib.

Onun sözlərinə görə, əməliyyat zamanı qumbara, avtomat, səsboğucu və hərbi formalar aşkarlanıb.

Qeyd edək ki, Venesuelanın müxtəlif şəhərlərində Prezident Nikolas Maduroya qarşı etiraz aksiyaları başlayıb. Bu günə ölkədə həm hökumət əleyhdarlarının, həm də hazırkı prezidentin tərəfdarlarının yürüşləri planlaşdırılır. Yerli mətbuatın yazdığına görə, etirazlarda artıq 2 nəfər ölüb, 2-si də yaralanıb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31