Amerika Dövlətləri Təşkilatı təcili toplanır

Amerika Dövlətləri Təşkilatı Venesueladakı situasiyanın müzakirəsi üçün fövqəladə iclas çağıracaq.

Bu məlumat təşkilatın rəsmi saytında yer alıb.

Sabah baş tutacaq iclasın Argentina, Braziliya, Kanada, Çili, Kolumbiya, Kosta-Rika, ABŞ və Peru tərəfinin tələbiylə çağırıldığı bildirilib.

Qeyd edək ki, ötən gündən Karakasda spikerin çağırışı ilə Prezident Maduroya qarşı etiraz aksiyaları başlayıb.

axar.AZ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31