İsrail vətəndaşları Yaponiyada 4 ton qızılın qanunsuz idxalına görə həbs edilib
23 Yanvar 2019 11:42 DünyaYaponiya polisi 4 ton qızılın (təxminən 20 milyard ien - demək olar, 183 milyon ABŞ dolları) idxalında şübhəli bilinən iki İsrail vətəndaşını həbs edib.
Bu barədə NHK telekanalı məlumat yayıb.
Bildirilir ki, onlar qiymətli metalı Honkonqdan Tokionun NaritaBeynəlxalq Hava Limanı vasitəsilə, avtomobillərin ehtiyat hissələrinin olduğu yeşiklərdə gətiriblər.
İstintaqın rəyinə görə, həbs edilənlər 2017-ci ildən qaçaqmalçılıqla məşğul olublar. Onlar azı 50 dəfəYaponiyaya qanunsuz qızıl daşıyıblar.
Saxlanılanlar Tokioda yaşayırlar. Onlar kiçik şəxsi şirkətlərin rəhbərləridir.
Daha əvvəl Yaponiyanın baş naziri Sindzo Abe bildirib ki, Cənubi Kuril adalarının bir hissəsinin Tokioya veriləcəyinə təminat olarsa, o, Rusiya ilə sülh müqaviləsi bağlamağa razıdır.
report