Dünya

Dünyanı içməli su qıtlığı gözləyir

23 Yanvar 2019 14:48

Qlobal istiləşmənin qrunt sularına göstərdiyi təsir “saatlı bomba” effekti yaradır, yüz və ya min illər sonra misli görülməmiş fəsadlara yol aça bilər. Yaxın yüz il ərzində yeraltı suların yarısı, iqlim dəyişikliyinə görə yağıntının fərqli miqdar və intensivlikdə düşməsinə görə yeni rejimdə sirkulyasiya edəcək. Beynəlxalq tədqiqat qrupunun bu barədə məqaləsi “Nature” jurnalında dərc olunub.