Hindistan: İqlim dəyişikliyinə görə Qərb ölkələri məsuliyyət daşıyır-ÖZƏL

Hindistanın ticarət və sənaye naziri Piyuş Qoyal Qərb ölkələrini böyük həcmdə istixana qazı tullantılarına və iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməməsinə görə ittiham edib.
Olaylar.az xəbər verir ki, "Hindustan Times" qəzetinin məlumatına görə, nazir Berlin Qlobal İqlim Dialoqu çərçivəsində keçirilən dəyirmi masada bildirib ki, inkişaf etməkdə olan ölkələr iqlim dəyişikliyi ilə mübarizə üçün vəd edilən maliyyə və texnoloji yardımı almayıblar.
Qoyalın sözlərinə görə, Hindistan dünya əhalisinin 17 faizini təşkil etsə də, qlobal karbon qazı tullantılarının 3 faizindən azına cavabdehdir. O, Qərb ölkələrinin vəd etdiyi 100 milyard dollarlıq yardımın yerinə yetirilmədiyini də vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31