Paşinyan gəlir, amma Putinin vaxtı yoxdur

Rusiya Prezidenti Vladimir Putinin qrafikində hələlik Ermənistan Baş naziri Nikol Paşinyanla görüş yoxdur.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"Mənim bildiyim qədər, görüş planlaşdırılmır. Siz bilirsiniz ki, onlar tez-tez telefonla danışıqlar aparır və tez-tez görüşürlər. Cümə günü prezident üçün kifayət qədər dolu gündür. Ona görə də bilmirik ki, hansı dəyişikliklər olacaq", - deyə o bildirib.

Qeyd edək ki, 25 yanvarda Paşinyanın Davos forumundan birbaşa Moskvaya gedəcəyi bildirilir.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31