ABŞ Ukrayna üçün yeni sülh planı təklif edib-ÖZƏL

ABŞ-ın Ukrayna münaqişəsinin həlli üçün yeni sülh planı irəli sürdüyü bildirilir. Plan Kiyevin NATO üzvlüyündən imtinasını, Donbasda silahsızlaşdırılmış zonanın yaradılmasını və "Şimal axını" qaz kəmərinin fəaliyyətinin bərpasını nəzərdə tutur. Olaylar.az xəbər verir ki, bu barədə "The Economist" jurnalı Ukrayna rəsmiləri arasındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, təklif Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını, Moskva ilə ABŞ arasında iqtisadi müqavilələrin bağlanmasını və Avropaya qaz tədarükünün bərpasını da əhatə edir. Bunun müqabilində Ukraynaya investisiya paketi və Avropa İttifaqına üzvlük perspektivi təklif olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31