Dünya

İngiltərədə evsizlərin sayı artır

23 Yanvar 2019 17:15

İngiltərənin "Metro" qəzetinin iddialarina görə, son illərdə evsizlərin sayı "fəlakət" deyəcək səviyyədə artıb. Qəzet İngilis hökümətinin son illərdə apardığı sosial siyasətin bu böhranı daha da dərinləşdirdiyini ifadə edib. Bir çox insanın bu siyasət nəticəsində aldığı sosial dəstəkdən mərhum edilərək küçələrə düşdüyü yazılır. Qalmaqalın əsas səbələrindən biri oğluyla küçədə yaşamaq məcburiyyətində olan bir qadının həbsxanaya düşmək üçün qəsdən cinayət törətməsi olub.

Tarixdə ilk dəfə Malta prezidenti Türkiyəyə gələcək

23 Yanvar 2019 17:11

Yanvar ayının 23-24-də Malta prezidenti Mariya Luiza Presanın Türkiyəyə tarixdə ilk dəfə rəsmi səfərlə gələcək. Mariya Luiza Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətiylə gəldiyi bildirilir. Malta prezidentinin Türkiyə dövlət başçısı ilə görüşəcəyi və danışıqlar aparacağı, həmçinin İstanbulda keçiriləcək Türkiyə-Malta İş Konfransında da iştirak edəcəyi bildilib.

İsveçrənin İrandakı səfirinə etiraz notası təqdim olunub

23 Yanvar 2019 16:48

İsveçrənin İrandakı səfiri Markus Leytner Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib. Yanvarın 13-də İranın Press TV kanalının müxbiri Mərziyyə Haşiminin ABŞ-da həbs olunması və rəsmi Vaşinqtonun həbsin səbəbləri barədə məlumat verməməsi ilə əlaqədar bu gün İsveçrənin Tehrandakı səfiri XİN-ə dəvət edilib və ona etiraz notası təqdim olunub.

Ermənistanın dövlət borcu 148 milyon dollar artıb

23 Yanvar 2019 16:10

Bir il ərzində Ermənistanın dövlət borcu 2,1 faiz artıb. Ermənistanın dövlət borcu 2017-ci il dekabrın 31-də 3 trilyon 276 milyard 600 milyon dram (6 mlrd. 756 mln. 570 min dollar) olub, 2018-ci ilin dekabrında bu rəqəm 3 trilyon 349 milyard dram (6 mlrd. 922 mln. 900 min dollar) təşkil edib.