İrlandiyalının Türkiyə macərası - mağazada 40 min dollarlıq brilyantı uddu

Bir az duyğu sarsıntısı xəstəliyim var.

 

Türkiyənin Marmaris bölgəsində qızıl mağazasında 40 min dollarlıq brilyantı udan irlandiyalı Cambellin ifadəsi ortaya çıxıb.

Turist öz ifadəsində brilyantı görəndə ağlının başından getdiyini və bu səbəbdən udduğunu deyib.

Tepe məhəlləsində işləyən qızıl mağazasının sahibi müştəri kimi girən və tez bir zamanda brilyantı udan 54 yaşlı oğrunun ifadə verməsinə nail olub.

Udduğu 2,5 karatlıq brilyant kolonoskopiya vasitəsi ilə vücudundan çıxarılan Cambell ifadəsində bunları deyib:

"Tez-tez tətil məqsədi ilə Türkiyəyə gəlirəm. Təxminən 12 il əvvəl arvadım və uşaqlarımla Marmarisə gəlmişdim. Buradan həyat yoldaşıma brilyant üzük almışdım. İrlandiyada arvadım intihar etdi, uşaqlarıma yalnız baxmaq məcburiyyətində qaldım. Uşaqlarımdan biri autizm xəstəsidir. Bir az duyğu sarsıntısı xəstəliyim var. İrlandiyada müalicə alıram. Bu səbəbdən də işləməmək haqda sənədim var".

AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31